Icma.az
close
up
RU
İsrailTürkiyə qarşıdurması Bakıya necə təsir edir?

İsrailTürkiyə qarşıdurması Bakıya necə təsir edir?

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail prezidenti İsaak Hersoq Azərbaycanda təşkil olunan beynəlxalq tədbirdə iştirak edə bilməyib. Buna səbəb Türkiyənin İsaak Hersoqa hava məkanından keçməyə imkan verməməsi olub. Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ barədə danışıb: "İsrail prezidenti İsaak Hersoqun Bakıda keçirilən iqlim sammitinə getmək üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədik. Bakıya başqa yollarla gedə bilərlər. Amma biz onun Türkiyədən keçməsinə icazə vermədik. Artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik", - Ərdoğan bildirib.

Politoloq Elxan Şahinoğlu düşünür ki, İsrail və Türkiyə arasındakı qarşıdurma nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar.

"Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğunua görə bu ölkənin prezidenti Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki, İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi. Bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi. Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə "Həmas" təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, "Həmas" ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb. Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar.

Siyasi şərhçi Asif Nərimanlının fikrinə görə Bakı-Ankara xəttində soyuqluğun görünən, yaxud təqdim edilən səviyyədə olduğu ehtimalı azdır.

"Türkiyənin COP29-da iştirak üçün Azərbaycana gəlmək istəyən İsrail prezidenti İsaak Hersoqa hava məkanından keçməyə imkan verməməsi Bakı-Ankara arasında müəyyən problemlərin yarandığı fikrini ön plana çıxarıb. İki məqam bu fikri daha da gücləndirdi: Azərbaycan mediasında İsrail prezidentinin gəlişinə Türkiyənin imkan verilməməsi haqda yayılan informasiyalar; Ərdoğanın "Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik" açıqlaması; Hərçənd, Bakı-Ankara xəttində soyuqluğun görünən, yaxud təqdim edilən səviyyədə olduğu ehtimalı azdır. Ərdoğanın COP29 tədbirinə qatılması və ən yüksək səviyyədə görüşlərin keçirilməsi də bunun əyani nümunəsi idi. İsrail prezidenti ətrafında baş verənlərə isə fərqli kontekstdə baxmaq mümkündür.

Politoloq düşünür ki, İsrail prezidenti Bakıya alternativ marşrut üzərindən də uça bilərdi, lakin bunu etmək əvəzinə, "təhlükəsizlik probleminin olması" əsasını irəli sürüb: "Bu iddia COP29-un keçirildiyi Azərbaycanın təhlükəsizlik imici üçün ciddi zərbə ola bilərdi və bu vəziyyətdə gerçəyin - Türkiyənin imkan verməməsi faktının açıqlaması çıxış yolu olaraq seçildi. Belə bir məlumat ilk baxışda Türkiyəyə qarşı görünə bilər, lakin gerçəkdə Ankaranın "əlinə oynadığı" amili da diqqətdən qaçmamalıdır. 

Qəzza müharibəsindən sonra Fələstin məsələsi Türkiyə daxili siyasətində əsas faktorlardan birinə çevrilib, xüsusilə İsraillə iqtisadi əlaqələr müxalifət tərəfindən dini elektoratın AKP-dən uzaqlaşdırılması cəhdlərində istifadə edilir. Ərdoğanın Fələstin məsələsi üzərində xüsusilə fokuslanmasının səbəblərindən biri də budur. Və İsrail prezidenti üçün hava məkanının bağlamaqla mövqeyini bir daha ortaya qoydu. İstisna deyil ki, İsrail tərəfindən "təhlükəsizlik amili" haqda verilən açıqlamadan sonra Bakı və Ankara gerçək səbəbin açıqlanması üzərində razılaşıb. Beləliklə, Rəsmi Bakı ölkədə "təhlükəsizlik problemi"nin olmadığını ispat etdi, Rəsmi Ankara - Ərdoğan Fələstin məsələsində "dəyişməyən mövqeyini" nümayiş etdirdi. Bu məqam baş verənlərdə diplomatik manevr kimi görünür.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutub.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri