Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Ankaranın terrorsuz Türkiyə planı: İsrailTürkiyə müharibəsi

Ankaranın terrorsuz Türkiyə planı: İsrailTürkiyə müharibəsi

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada Əsəd rejiminin devrilməsi nəticəsində Yaxın Şərqdə bölgə ölkələri, xalqları üçün tamamilə yeni reallıqlar və fürsətlər yaradıb. Suriyadakı son proseslərdə xüsusi rola malik Türkiyə bu reallıq və fürsətlərdən maksimum faydalanaraq həm üzləşdiyi problemləri həll etmək, həm də qarşısında duran hədəflərə nail olmaq istəyir.

Birincisi, Ankara Tramp ABŞ-də rəsmi olaraq prezident vəzifəsinə başlayanadək bölgədə çevik diplomatiya nəticəsində mövqelərini daha da möhkəmləndirərək növbəti mərhələdə Yaxın Şərqin əsas regional oyunçularından biri qismində çıxış etmək istəyir.

İkincisi, Ankara 40 ildən artıq müddətdə üzləşdiyi PKK terroruna son qoyaraq terrorsuz və sabit Türkiyə təmin etməyə çalışır. Bunun üçün də Ankara daxildə və xaricdə bu problemin həllinə son qoymaq üçün çoxşaxəli siyasət yürütməkdədir.

Daxildə PKK terroruna qarşı anti-terror əməliyyatı ilə yanaşı, bu problemin siyasi dialoq yolu ilə həlli istiqamətində addımlar atmaqdadır. Son aylarda  hakim "Cümhur İttifaqı"nın üzvü olan MHP lideri Dövlət Baxçalının PKK-nin buraxılması istiqamətindəki səyləri və bu məqsədlə   DEM Partiya ilə aparılan danışıqlar bu prosesin tərkib hissəsidir. Çünki daxildə sabitliyin olmaması Ankaranın "Yeni yüz il Türkiyəsi" və yeni dünya düzənində Türkiyənin regional, qlobal güc olmaq kimi qarşıya qoyduğu hədəflərinə çatmasına ciddi maneələr yaradır. Bu problemin həll olunmaması, eyni zamanda, Türkiyənin təhlükəsizliyinə təhdid mənbəyi olaraq qalmaqda davam edir.  

Odur ki, Ankara yaranmış yeni reallıqdan faydalanaraq bu məsələni birdəfəlik həll etmək istəyir. Bu mümkün olmasa belə, PKK terroru problemini təhlükəsiz həddə endirməyə çalışır. 

Üçüncüsü, Ankara regional güc və qlobal proseslərdə daha ciddi aktor rolunda çıxış etməsi üçün PKK/YPG terroruna təkcə ölkə daxilində deyil, yaxın xaricdə də kökünü kəsməyə çalışır.

PKK probbleminin həlli Ankaranın nəinki Yaxın Şərqdə, bütövlükdə geniş Avrasiya coğrafiyasında və Afrikada birmənalı söz sahibi olmasına böyük imkanlar açacaq.

Bu həm də Türkiyənin bölgədə sürətlə iqtisadi cəhətdən inkişafına təkan verəcək. Türkiyənin iqtisadi cəhətdən inkişafı və güclənməsi nəticə etibarilə həm də Türk dünyasının vahid siyasi, iqtisadi güc, daha sonra isə siyasi-hərbi güc kimi formalaşmasına böyük təkan verəcək.

Ankaranın bölgədə əllərinin güclənməsi, eyni zamanda, Azərbaycanın da Avrasiya və Afrikada   ciddi oyunçu qismində çıxış etməsinə geniş fürsətlər yaradacaq. 

Yeri gəlmişkən, Azərbaycan hazırda Qafqazda deyil, Mərkəzi Asiyada ciddi oyunçu rolunda çıxış etməkdədir.

Suriyadakı son hadisələrdən sonra Azərbaycanın Yaxın Şərqdəki proseslər aktiv iştirakına yeni imkanlar açır. Artıq Bakı bu istiqamətdə addımlarını atmaqdadır. Düzdür, Bakının bu addımı Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə mövqeləri zəifləyən Tehran tərəfindən nəinki qısqanclıqla, hətta sərt reaksiya formasında özünü büruzə verməkdədir. Amma bu cür addımlarla Bakının qarşısındakı duran hədəflərə mane olmaq mümkün deyil.

Dördüncüsü, Ankaranın dünyanın yenidən şəkilləndirilməsində qlobal gücə çevrilməsində əhəmiyyətli rol oynayır. Ona görə də Anakara Türkiyənin daxildə və yaxın ətrafında bu hədəflərinə nail olmasına mane olan bütün əngəlləri aradan qaldırmağa çalışır. Çünki Türkiyənin regional və qlobal gücə çevrilməsini istəməyən yetərincə qüvvələr var və onlar bu cür təhdid alətlərindən Ankaraya təzyiq vasitəsi kimi istifadə etməklə hədəflərinə nail olmasına sədd çəkməyə çalışırlar.  

PKK/YPG terror təşkilatlarının regional və qlobal oyunçular tərəfindən dəstəklənməsi də davamlı olaraq Ankaraya  təzyiq aləti kimi istifadə etməklə həm bölgədə, həm də Türkiyədə maraqlarını təmin etməyə çalışırlar. Bu qüvvələr yaxşı anlayır ki, Türkiyənin müstəqil siyasət yürütməsi və güclü olması onların nəinki bölgədə, bütövlükdə Avrasiya və Afrikada planlarının reallaşmasına ciddi əngəl olacaq.

Yaxın Şərqdə, Balkanlarda, Qafqazlarda və dünyanın müxtəlif bölgələrində qarşı-qarşıya gələn güclərin Türkiyənin ciddi qlobal oyunçuya çevrilməsinin qarşısının alınmasında üst-üstə düşür.

İsrail-Türkiyə müharibəsi...

Son günlərdə mediada ehtimal olunan İsrail-Türkiyə qarşıdurması barədə gedən yazılar da bu qəbildəndir.

Türkiyənin bölgədə, xüsusən də Suriyada əsas oyunçu qısmində çıxış etməsi İsraili ciddi narahat etməkdədir. 

Əgər Əsəd rejiminin mövcudluğu zamanı Suriya Türkiyə ilə İsrail arasında bir bufer bölgə rolunu oynayırdısa, hazırda iki sərhəd qonşusu qismindədir.

Əsəd rejimi dövründə İran birbaşa sərhəddi olmadığından ancaq proksi güclər vasitəsilə İsraillə toqquşurdu. Bundan İran Türkiyə kimi qüdrətli orduya malik deyildi. O baxımdan İranla qarşıdurma İsraili o qədər də ciddi narahat etmirdi. Amma İsrailin bu gün Türkiyə kimi hərbi cəhətdən qüdrətli, döyüşə hazırlığı yüksək səviyyədə olan bir orduya malik ölkə ilə üz-üzə dayanması ciddi məsələdir. 

Hazırda İsrail-Türkiyə hərbi qarşıdurması real deyil və yaxın gələcəkdə də görünmür. Bu sadəcə ehtimaldır. Təbii ki, İsrail Ankaranın artan nüfuzundan narahat olduğundan Türkiyənin rolunu və mövqeyini zəiflətmək üçün ən müxtəlif  taktikalara əl atacaq, xüsusən də terrorçu PKK/YPG-yə hərtərəfli dəstək verəcək. Bundan əlavə olaraq, İŞİD və ya digər terror təşkilatları, eyni zamanda, Türkiyə daxlində sabitliyi pozmaq üçün siyasi və iqtisadi güclərlə birbaşa yaxud da dolayı yolla əməkdaşlıq edəcək. İsrail hətta bu məsələdə Qərb və digər bəzi ölkələrlə də əməkdaşlıqdan çəkinməyəcək. 

Ankaranın isə hədəfi dünyada imperialist ambisiyalarla çıxış etmək deyil, beynəlxalq hüquqa əsaslanan bərabərhüquqlu əməkdaşlığın təmin olunmasıdır.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri