Icma.az
close
up
RU
İşsizlər icbari tibbi sığortadan məhrum qalacaq? İZAH

İşsizlər icbari tibbi sığortadan məhrum qalacaq? İZAH

Icma.az, Olke.az saytına istinadən bildirir.

Son günlərdə icbari tibbi sığorta ilə bağlı əhali arasında bir sıra məlumatlar yayılıb.

Ölkə.Az xəbər verir ki, bunlardan biri işsizlər üçün icbari tibbi sığoranın dayandırılacağı, digəri isə icbari tibbi sığorta özəl xəstəxanalara göndərişlərin dayandırılacağı barədədir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yayılmış məlumatlarla bağlı Ölkə.Az-ın sorğusuna cəmi bir cümlə ilə cavab verib:

“İcbari tibbi sığorta haqqının toplanılması "Tibbi sığorta haqqında" Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur”.

Qeyd edək ki, icbari tibi sığortanın işsizlər üçün dayandırılacağı haqqında məlumatlar "Tibbi sığorta haqqında" Qanuna dəyişikliklərlə bağlıdır.

Dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər.

Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun büdcədən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə (516 milyon 405 min manat və ya 36.5 faiz) azalacağı nəzərdə tutulub.

23 oktyabrda KİV-də yayılan məlumatlarda qeyd olunur ki, "Tibbi sığorta haqqında" Qanuna görə, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, şəxs bunun üçün əlavə ödəniş etməli olacaq. Qanuna görə, heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə 24 oktyabrda "Tibbi sığorta haqqında" Qanuna təklif edilən dəyişikliyə münasibət bildirib. O, deyib ki, İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə azalması səhiyyəyə ayrılan ümumi vəsaitin azalması demək deyil. 

“Əksinə, 2026-cı il üçün səhiyyə sahəsinə ayrılan ümumi dövlət büdcəsi 2 milyard manatı ötüb, yəni təxminən 3%-lik artım nəzərdə tutulur. 

Dünyanın heç bir yerində tibbi sığorta tam şəkildə dövlət büdcəsi hesabına uzunmüddətli davamlı ola bilməz. Bizdə dövlət bu sistemin ilk mərhələsində “tampon gücü” rolunu oynayıb. İndi isə məqsəd, fondun öz daxilolmaları hesabına daha dayanıqlı və çevik şəkildə fəaliyyət göstərməsidir. Bu dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır. Əksinə, məqsəd tibbi xidmətlərin keyfiyyətini, şəffaflığını və bərabər əlçatanlığını artırmaqdır. 

İctimai müzakirələrdə tez-tez səslənən sual budur ki, işsiz və ya qeyri-formal çalışan vətəndaş sığortadan necə yararlanacaq. Burada prinsip çox aydındır. Aztəminatlı və işsiz şəxslərin tibbi sığorta haqları dövlət tərəfindən qarşılanır. Bu, sosial ədalət prinsipinin əsas tərkib hissəsidir. Eyni zamanda, məqsəd əmək bazarını leqallaşdırmaqdır. Yəni hər bir işləyən şəxs rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial, həm də tibbi təminat hüquqlarını təmin edir”. 

Milli Məclisin deputatı Müşfiq Məmmədli də oktyabrın 29-da İTV-nin efirində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitlərin azaldılmasına aydınlıq gətirib:

“İcbari Tibbi Sığorta Fondu bir neçə istiqamətdə maliyyələşir. Bu istiqamətlərin əsas hissəsi vətəndaşların dövlət tərəfindən sığorta olunmaısıdır. Yəni onun  sığorta haqları dövlət tərəfindən ödənilir. 18 yaşa qədər olanlar, 23 yaşa qədər olan birinci ali təhsil alan tələbələr, pensiya yaşına çatmış şəxslər, sağlamlıq imkanları məhdud olan şəxslər dövlət tərəfindən sığorta olunur. Vergilərdən İcbari Tibbi Sığorta Fonduna ayırmalar olur. Bundan əlavə, işləyən vətəndaşların əmək haqqından ayrılan vəsait, onları işlə təmin edən təşkilatlar tərəfindən ayrılan vəsait, ehtiyat sığorta vəsaitləri, cərimələrdən ayrılan vəsait, o cümlədən müxtəlif pullu xidmətlərdən yaranan vəsait hesabına İcbari Tibbi Sığorta Fondu formalaşır”. 

M.Məmmədli “işsiz vətəndaşlar icbari tibbi sığortadan yaralana biləcəklərmi?” sualına belə cavab verib:
“Bəzən maipulyasiyaya görə, bəzi şəxslər isə anlamadığına görə bu mövzuda suallarla müraciət edir. Dövlətin məqsədi İcbari Sığorta Fondunun dövlət büdcəsindən asılılığının azaldılmasıdır. Təbii ki, işsiz vətəndaş icbari tibbi sığortadan yararlana biləcək. Bir də var ki, faktiki məşğul olur, çalışır, amma onu çalışdıran şəxs tərəfindən qeyri-formal məşğulluqla məşğuldur. Bu, artıq qaranlıq hissədir. Burada bunu aydınlaşdırmaq məqsədi də var”. 

Billurə Yunus
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri