Icma.az
close
up
RU
İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir”

İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Gələn ilin yanvarın 1-dən icbari tibbi sığorta ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Bu dəyişikliklərə görə, artıq işsiz və qeyri-rəsmi çalışan insanların sığorta haqqını dövlət deyil, özləri ödəməli olacaq. Bu isə maddi durumu zəif olan bir çox vətəndaş üçün əlavə xərc deməkdir.

Dövlət xəstəxanalarında çalışan həkimlərin vəziyyəti də dəyişiklikdən təsirlənə bilər. İndiyə qədər sığorta ilə vətəndaş qəbul edən həkimlərin gündəlik 20 nəfərlik qəbul limiti vardı və bu limitə görə onlar az da olsa, gəlir əldə edirdi.

Yeni qaydalar tətbiq olunandan sonra bu limitin necə dəyişəcəyi və ya həkimlərin həmin əlavə gəliri alıb-almayacağı hələ də məlum deyil.Bu qeyri-müəyyənlik səbəbindən bir çox həkimin özəl xəstəxanalara keçməsi ehtimalı artır. Əgər belə olarsa, dövlət xəstəxanalarında həkim çatışmazlığı yarana bilər.

Bu dəyişikliklər dövlət tibb müəssisələrində çalışan həkimlərin sayına və tibbi xidmətin keyfiyyətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a bildirib ki, icbari tibbi sığortaya ayrılan vəsaitlərin azaldılmas ilə yanaşı, bir neçə dəyişiklik edilməlidir ki, icbari tibbi sığortanı qərb standartlarına uyğun tətbiq etməyə imkan yaransın:

“Birincisi, elektron növbə sistemi (randevu) uzun növbələrin qarşısını almaq, keyfiyyətli tibbi xidmət təmin etmək və xəstələrin məmnunluğunu yaratmaq üçün çox vacibdir.

İkincisi, həmin vəsaitin ilk növbədə doğuş və təxirəsalınmaz yardımın əhatəsini təmin etməliyik, geri qalan hissəni isə planlı şəkildə digər əməliyyatlara dövlət və vətəndaş arasında bölmək mümkündür.

Bunun üçün biz bir neçə il öncəki həm əməliyyat, həm digər göstəricilər əsasında praqnozik xərclərin proqnozunu tutmalıyıq”.

O qeyd edib ki, vacib məsələlərdən biri də icbari tibbi sığortaya vətəndaşların cəlb olunması mexanizmidir:

“Ümumiyyətlə, bütün dünyada işsizləri dövlət maliyyələşdirir, amma bizdə bu mexanizm yoxdur. Düşünürəm ki, işsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir, yoxsa onlar vəsaiti hardan alacaqlar? Bu məsələ bir qədər açıq qalır.

Həkimlərin də sabit maaşı olmalıdır, onların özəl xəstəxanalara axınını azaltmaq üçün dövlət xəstəxanalarında stabil maaş sistemi təmin edilməlidir. Biz də gec-tez bu sistemə keçməliyik.

Necə ki, Almaniya, Türkiyə və digər xarici ölkələrdə olduğu kimi, sabit maaş sistemi olmalıdır. Bu stabil maaş sistemi həkimin ixtisasından, təcrübəsindən asılı olaraq dəyişir. Dünyada bu mexanizmlər artıq qurulub və tətbiq olunur”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: İcbari tibbi sığorta Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri