Icma.az
close
up
RU
İşsizlərin icbari tibbi sığorta haqqını özlərinin ödəyəcəyi barədə məsələyə aydınlıq gətirilib

İşsizlərin icbari tibbi sığorta haqqını özlərinin ödəyəcəyi barədə məsələyə aydınlıq gətirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəyinə dair qanunvericiliyə təklif olunan və son günlər geniş müzakirələrə səbəb olan dəyişikliyə münasibət bildirib.

Rəşad Mahmudov deyib ki, son günlər dövlət büdcəsinin 2026-cı il layihəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə azalması cəmiyyətdə müəyyən suallar və narahatlıqlar doğurub.

Deputat bildirib ki, bu, təbii haldır, çünki mövzu insan sağlamlığı ilə birbaşa bağlıdır: “Birincisi, bu azalma səhiyyəyə ayrılan ümumi vəsaitin azalması demək deyil. Əksinə, 2026-cı il üçün səhiyyə sahəsinə ayrılan ümumi dövlət büdcəsi 2 milyard manatı ötüb, yəni təxminən 3 faizlik artım nəzərdə tutulur. İkincisi, İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin bir qədər azalması sistemin zəifləməsi deyil, onun maliyyə müstəqilliyinə keçid mərhələsi deməkdir. Bu, planlı bir keçiddir. Çünki sığorta mexanizmi artıq yalnız dövlətin deyil, işəgötürənlərin və iqtisadi aktiv vətəndaşların ödədiyi haqlar hesabına formalaşan bir sistemə çevrilməkdədir. Dünyanın heç bir yerində tibbi sığorta tam şəkildə dövlət büdcəsi hesabına uzunmüddətli davamlı ola bilməz. Bizdə dövlət bu sistemin ilk mərhələsində “tampon gücü” rolunu oynayıb. İndi isə məqsəd, fondun öz daxilolmaları hesabına daha dayanıqlı və çevik şəkildə fəaliyyət göstərməsidir. Üçüncüsü, bu dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır. Əksinə, məqsəd tibbi xidmətlərin keyfiyyətini, şəffaflığını və bərabər əlçatanlığını artırmaqdır. Bu gün İcbari Tibbi Sığorta çərçivəsində yüzlərlə xidmət, minlərlə əməliyyat növü dövlət təminat paketinə daxildir. Fondun maliyyə bazası genişləndikcə bu xidmətlərin sayı da artır. Dördüncü vacib məsələ – ictimai müzakirələrdə tez-tez səslənən sual budur ki, işsiz və ya qeyri-formal çalışan vətəndaş sığortadan necə yararlanacaq. Burada prinsip çox aydındır. Aztəminatlı və işsiz şəxslərin tibbi sığorta haqları dövlət tərəfindən qarşılanır. Bu, sosial ədalət prinsipinin əsas tərkib hissəsidir. Eyni zamanda, məqsəd əmək bazarını leqallaşdırmaqdır. Yəni hər bir işləyən şəxs rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial, həm də tibbi təminat hüquqlarını təmin edir. Bu, həm fərdi rifah, həm də milli iqtisadiyyat üçün ədalətli və zəruri bir yanaşmadır. Bu gün İcbari Tibbi Sığorta artıq ölkəmizin səhiyyə sisteminin ayrılmaz tərkib hissəsidir. Onun tətbiqi nəticəsində regionlarda xidmətə çıxış, əməliyyat və müalicə imkanlarının genişlənməsi, xəstəxanalarda şəffaflığın artması və xərc yükünün azalması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub. Bəli, bu sistem də canlı bir orqanizmdir. İşlədikcə müəyyən problemlər və çatışmazlıqlar ortaya çıxır. Amma vacib olan odur ki, bu problemlər təkcə qeyd edilmir, həm də ardıcıl şəkildə həll olunur. Ən vacibi isə odur ki, bu islahatların məqsədi heç vaxt vətəndaşın cibinə yönəlməyib, məqsəd vətəndaşın sağlamlığının təminatı olub. Bu gün qarşımızda duran əsas vəzifə bu mexanizmi daha səmərəli, ədalətli və dayanıqlı hala gətirməkdir. Yəni biz artıq keçid mərhələsindən inkişaf mərhələsinə qədəm qoyuruq. Ona görə də, İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azalması kimi görünən bu rəqəm, əslində, sistemin öz ayaqları üzərində dayanmağa başladığının göstəricisidir”.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər.

Qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri