Icma.az
close
up
RU
İcbari Tibbi Sığorta ilə bağlı YENİ TƏKLİF İşsizlərin yerinə bu şəxslər ödəniş edə bilər

İcbari Tibbi Sığorta ilə bağlı YENİ TƏKLİF İşsizlərin yerinə bu şəxslər ödəniş edə bilər

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi 2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulub.
 

Belə ki, büdcədən Fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır.


Ən əsası işləməyən şəxslər icbari tibbi sığorta sistemindən faydalanmaq üçün 2026-cı ilin yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi qədər ödəniş etməlidirlər.
Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək.
Bu vəziyyət İTSF-yə ianələrin edilməsi məsələsini gündəmə gətirib.
Belə ki, ianlər hesabına işləməyən və digər kateqoriyadan olan insanların icbari tibbi sığorta xərcləri qarşılana bilər.
Məsələyə münasibət bildirən Millət vəkili Elşad Musayev Bizim.Media-ya açıqlamasında bildirdi ki, dövlət üzərinə düşəni edir:
“Amma görünən odur ki, bu da kifayət etmir. Belə məqamda ictimai dəstək önə çıxır.
Dünyanın əksər ölkələrində xüsusi fondlar var ki, onlar sırf insanların sağlamlığı ilə bağlı layihələri maliyyələşdirirlər. Eyni zamanda, bu fondlar və imkanlı şəxslər icbari tibbi sığorta fondlarına ianə edirlər. Çox istərdik ki, bu ənənə bizdə də formalaşsın.
 

İmkanlı və xoş niyyətli insanlar İTSF-yə ianə etsinlər. Edilən ianələr hesabına çox problemi aradan qaldırmaq olar. Məsələn növbəti ildən işləməyən şəxslər 192 manat ödəniş etməlidir ki, il boyu icbari tibbi sığortadan faydalansınlar. Bax işsiz və imkansız insanların sosial müdafiəsi üçün ianələr böyük rol oynaya bilər.


Nəzərə alaq ki, yarıçılpaq şou-əhlinə o qədər sponsorluq etmək istəyənlər var ki... Nə olar ki, həmin adamlar bir az da əhalimizin sağlamlığına ianə eləsinlər”.
Millət vəkili Fazil Mustafa da İTSF-na ianə edilməsini məqbul sayır:
“Kimsə xeyirxah iş görmək, başqalarının həyatını xilas etmək istəyirsə, müəyyən addımlar ata bilər. Ona görə də bu məsələ üzərində işlənilməlidir. Səhiyyə xidməti bir müddət dövlətin hesabına olub. Lakin bunu sonsuza qədər aparmaq mümkün deyil. 
Xaricdə icbari tibbi sığortaya daha çox zənginlərin yoxsulların sağlamlığı üçün xərclədiyi vəsait kimi baxılır və cəmiyyətə bunu təşviq edirlər. Hesab edirəm ki, bizdə də hansısa yollar tapılmalıdır ki, imkanlar tükənməsin. 
Məlumdur ki, müalicəyə ehtiyacı olan onminlərlə insan var. Tibb müəsissələrinin qarşısındakı növbələri görəndə bir daha əmin olursan ki, zəruri addımlar atılmalıdır. Dövlətin İcbari Tibbi Sığorta Fondu qarşısında yükü alternativlər hesabına azaldılmalıdır. Yəqin ki, bu barədə zəruri addımlar atılacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri