Icma.az
close
up
RU
İşsizlik başlayır: insanlar həftədə 2 gün işləyəcək AÇIQLAMA

İşsizlik başlayır: insanlar həftədə 2 gün işləyəcək AÇIQLAMA

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Microsoft”un qurucusu Bill Qeyts yaxın gələcəkdə insanlar həftədə 2 gün işə gedəcəyini söyləyib. O bildirib ki, bu, süni intellektin inkişafı sayəsində mümkün olacaq.

Belə ki, milyarder süni intellektin insanların işini əlindən alması nəticəsində artıq həftədə cəmi 2 gün işləməyin bəs edəcəyini deyir. O qeyd edir ki, bu, iqtisadiyyata səmərə verəcək, insanlara isə özünə, təhsilə və digər hobbilərinə vaxt ayırmağa imkan yaradacaq. 

Bəs üni intellektin hazırkı inkişaf tempi ilə 2 günlük iş məsələsi ən yaxın nə vaxt baş tuta bilər?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan texnobloger Fərid Pərdəşünas Bill Qeytsin proqnozlarının yaxın gələcəkdə reallaşmasının mümkün göründüyünü deyib:

"Təbii ki, Bill Qeyts bu məsələdə belə fikirlər səsləndirirsə, bu, kifayət qədər əsaslandırılmış ola bilər. Çünki onun texnologiya dünyasında nə qədər ağır bir fiqur olduğu hamımıza məlumdur. Bəlkə də bizim görmədiyimiz tərəflər var ki, Bill Qeyts onu bilir. 

Nəzər alsaq ki, süni intellekt bir neçə ildir həyatımıza daxil olub, hələ biz bu prosesin erkən mərhələsindəyik, buna baxmayaraq görürük ki, artıq gündəlik işlərimizdə bizə nə qədər kömək olub, şirkətlərdə gündəlik təkrarlanan işləri nə qədər aradan qaldırıb. Bu, gələcəkdə, artıq iş günlərinin sayının azalacağını deməyə əsas verir. Beləliklə, insanlar özlərinə daha çox vaxt ayıra bilərlər. Yəni bu, kifayət qədər, mümkün məsələ kimi görsənir. Amma nə qədər yaxın gələcəkdə baş verəcək, 5-10 il sonra qarşımızda hansı növ süni intellektlər olacaq, bunu indidən proqnozlaşdırmaq çətindir. Heç kəs 2 il əvvəl düşünə bilməzdi ki, süni intellekt bu gün bu qədər işlər görəcək". 

F.Pərdəşünasın sözlərinə görə, gözlənilənin əksinə süni intellekt aşağı tempdə də inkişaf edə bilər. Bununla belə, o deyib ki, süni zəka heç vaxt yaradıcı işləri əvəzləyə bilməyəcək:

"Süni intellektin bir dalğası var ki, ilkin dönəmlərində sürətlə inkişaf edib, sonradan orta tempə keçid edə və yaxud da aşağı tempdə inkişaf edə bilər. Bu ehtimal da var. Yəni, 5 il sonra təmamilə gözlədiyimiz kimi insanlar işsiz qala, süni intellekt kəskin şəkildə işlərimizi əlimizdən ala bilər. Bu da mümkün ola bilər, amma bir “boom” kimi, yəni, balon kimi bunlar partlaya da bilər, baş verməyə də bilər, yenə də insan əməyinə ehtiyac ola bilər. 

Mən şəxsən düşünürəm ki, bir ofisdə hər gün təkrarlanan işlər zamanla süni intellekt tərəfindən əlimizdən alınacaq. Amma yaradıcı işlərin süni intellektlər tərəfindən insanların əlindən alınması çətindir.  Yəni, süni zəka rutin işləri insanların əlindən alacaq, amma insanlar yaradıcı işlərə çox zaman ayıracaq. Çünki yaradıcı süni intellektlin inkişafı üçün də insan yaradıcılığına ehtiyac var. İnsan yaradıcılığı ilə bağlı olan işlər, əməklər, əqli işlər heç vaxt aktuallığını itirməyəcək və daim buna təlabat olacaq”.

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri