Azərbaycanda işsizlik neçə faizdir? AÇIQLAMA
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
“İşsizliklə bağlı söhbət qaldırıldı. Azərbaycanda rəsmi işsizlik 6%-dən yuxarı deyil”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, ola bilsin ki, bu göstərici pandemiya dövründə bir qədər yüksəlmişdi, amma hazırda 5-6% arasında dəyişir: "Bu, dünyada yaxşı göstəricilərdən sayılır. Amma bizim də seçicilərimiz bu barədə bizə müraciət edir. Biz də məşğulluq xidməti ilə əlaqə saxlayırıq, iş yerləri var, heç vaxt demirlər ki, iş yeri yoxdur. O iş yerinə ya həmin ixtisas uyğun gəlmir, ya maaş vətəndaşı qanı etmir, ya da başqa səbəblər olur. Kənd yerində böyük bir sənaye obyekti qurmayacaqsan ki? Fermer təsərrüfatı, bağı, bostanı, mal-heyvanı var. Kəndin ənənəvi məşğulluq sahəsi budur. Təzədən orada onun arzu etdiyi iş yerini açmaq heç bir ölkənin siyasətində yoxdur. Buna görə də iş yerləri ilə bağlı vətəndaşlarımızı maarifləndirmək lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 28 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















