Icma.az
close
up
RU
İşsizlikdən Sığorta Fondunda qanunsuzluq üzə çıxarılıb

İşsizlikdən Sığorta Fondunda qanunsuzluq üzə çıxarılıb

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2023-cü il üzrə büdcəsinin gəlir və xərclərinin (işsizlikdən sığorta ödənişləri və özünüməşğulluq tədbirlərinin təşkili üzrə xərclər istisna olmaqla) icrasına dair audit zamanı bəzi xərclərin hesabatdan kənarda saxlanıldığı, bir sıra uyğunsuzluqlar olduğu müəyyən edilib.
Reyting.az
xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Sənəddə deyilir ki, audit proqramına əsasən, işsizlikdən sığorta ödənişləri, özünüməşğulluq tədbirlərinin təşkili və müvafiq icra hakimiyyəti orqanının əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin (o cümlədən DOST Agentliyinə yönəldilən vəsait) birgə maliyyələşdirilməsi xərcləri nəzarət tədbirinin əhatəsinə daxil edilməyib.
Halbuki, bu xərclər müvafiq olaraq 2023-cü ilin ümumi xərclərinin 6,2 %-ni, 70,8 %-ni və 16,9 %-ni təşkil edib.
2023-cü ildə işsizlikdən sığorta ödənişləri 9 765 nəfəri əhatə edib. Bu sahədə proqnoz göstəricilərilə müqayisədə kontingentin və xərclənən vəsaitin icrası müvafiq olaraq 94,2 % və 95,4 % təşkil edib. Özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə ayrılan vəsait tam icra edilsə də, əhatə olunan vətəndaşların sayı planlaşdırılandan 9,2 % az olub.
Bundan başqa, müəyyən edilib ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası üzrə sığorta daxilolmaları 3,9 milyon manat, sair daxilolmalar isə 0,5 milyon manat təşkil edib. Həmin il üzrə ümumilikdə 2,1 milyon manat vəsait icra olunub. İlin əvvəlində 691,4 min manat qalıq vəsait olub və il ərzində daxil olan vəsaitlər nəzərə alınmaqla, 2023-cü ilin sonunda 2,99 milyon manat vəsait qalığı formalaşıb. Bu göstəricilər nə büdcə qanunlarında, nə də fondun digər rəsmi sənədlərində əks olunmayıb.
Toplanmış audit sübutlarına əsasən, 2022-ci ilin sonuna Fondun hesablarında 67,1 milyon manat məbləğində vəsait qalıb. Bu isə 2023-cü il üzrə təsdiq olunmuş büdcədə qeyd olunan göstəricidən 9,1 milyon manat çoxdur. 2023-cü ildə 8,5 milyon manat məbləğində vəsait investisiya fəaliyyətinə yönəldilib. Naxçıvan Muxtar Respublikası üzrə göstəricilər nəzərə alınmadan, ilin sonunda 23,8 milyon manat vəsait istifadədə olub.
Qanunvericiliyə əsasən, büdcədənkənar dövlət fondları tərəfindən təqdim edilən hesabat formalarını Maliyyə Nazirliyi müəyyən edir və müvafiq icra hakimiyyəti orqanlarına, eləcə də Hesablama Palatasına təqdim edir. Hesabatlar rübdə bir dəfə mətbuatda dərc edilməlidir. Bununla belə, audit zamanı məlum olub ki, gəlir və xərclərlə bağlı məlumatlar statistika xarakteri daşıyır və smeta icrası ilə bağlı mühüm göstəricilər, o cümlədən investisiya fəaliyyətindən əldə edilən gəlirlər hesabatda əks olunmayıb. Bu da müəyyən təhriflərə səbəb olub.
Hesablama Palatasının qənaətinə görə, 2023-cü ildə Fondun gəlir və xərcləri “Büdcə sistemi haqqında” qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun şəkildə tərtib edilməyib, vahid büdcə təsnifatına əməl olunmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri