Icma.az
close
up
RU
İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqləndi

İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqləndi

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib.

Modern.az-ın məlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, işsizlikdən sığorta fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.

İşsizlikdən sığorta fondunun gəlirləri

2026-cı il üzrə işsizlikdən sığorta fondunun gəlirlərinin 238,3 milyon manat və işsizlikdən sığorta fondunun əvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin isə 28,1 milyon manat olacağı proqnozlaşdırılır.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə yığımların 236,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30,27 milyon manat və ya 14,67 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3,03 milyon manat və ya 1,3 faiz çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda işləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozu 51,9 milyon manat təşkil edir.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozunun 184,7 milyon manatı və ya 78 faizi qeyri-büdcə sektorunun payına düşür.

İşsizlikdən sığorta fondunun xərcləri

İşsizlikdən sığorta fondunun 2026-cı il üçün xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 5,7 milyon manat və ya 2 faiz, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 73,7 milyon manat və ya 38 faiz çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri