Icma.az
close
up
RU
İştahasızlığa nə yaxşıdır? İştahanı artırmağın 7 yolu

İştahasızlığa nə yaxşıdır? İştahanı artırmağın 7 yolu

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İştahasızlıq gündəlik həyatın keyfiyyətini aşağı salan və bir çox fərqli səbəblə ortaya çıxa bilən ümumi bir problemdir.

Bəs iştahasızlığa səbəb olan nədir və iştahanı artırmaq üçün nə etmək olar?

Medicina.az xəbər verir ki, iştahasızlıq bir çox insanın zaman-zaman qarşılaşdığı ümumi bir sağlamlıq problemidir. İştahasızlıq yalnız müvəqqəti bir vəziyyət və ya bir xəstəliyin əlaməti ola bilər.

Bu vəziyyət zamanla arıqlamağa, yorğunluğa və immunitet sisteminin zəifləməsinə səbəb olur.

Nizamlı həyat tərzi, sağlam qidalanma və mütəxəssis dəstəyi ilə iştahla bağlı problemlərin qarşısını almaq mümkündür.

İştahasızlıq nədir?

İştahasızlıq insanın yemək istəyinin azalması və ya tam itməsidir. Qısa müddətli və ya uzun müddətli iştahasızlıq ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Buna görə də diqqətdən kənarda qalmamalıdır.

İştahasızlığın səbəbi nədir?

İştahasızlığın bir çox fiziki və psixoloji səbəbləri ola bilər. Ən çox görülən səbəblər bunlardır:

Stress və depressiya

Mədə və həzm sisteminin pozğunluqları (qastrit, xoralar, reflü)

Qalxanabənzər vəz problemləri

Xroniki xəstəliklər (xərçəng, böyrək çatışmazlığı, qaraciyər xəstəlikləri) Dərmanların yan təsirləri

Yetərsiz su içmək

Qidalanma pozğunluqları

Qeyri-kafi yuxu və nizamsız həyat tərzi


İştahanı artırmaq üçün nə etmək lazımdır?

Əgər iştahasızlıq müvəqqətidirsə, bəzi həyat tərzi dəyişiklikləri ilə iştahanı normal vəziyyətə gətirmək olar.

İştahanı artırmağın təsirli üsulları bunlardır:

Nizamlı və kifayət qədər yuxu alın: Keyfiyyətli yuxu hormonal tarazlığı təmin edir və iştaha müsbət təsir göstərir.

Gündəlik su qəbulunu artırın: Susuzluq bəzən aclığı yatıra bilər.

Məşq: Daimi fiziki fəaliyyət maddələr mübadiləsini sürətləndirir və təbii iştahaya səbəb olur.

Ədviyyatlı və ətirli qidalar yeyin: Zəncəfil, qara bibər və nanə kimi ədviyyatlar iştahanı artıra bilər.

Yeməkləri atlamayın: Kiçik və tez-tez yemək yemək iştahanı idarə etməyə kömək edir.

Vitamin və mineral çatışmazlığını yoxlayın: Xüsusilə B12, sink və dəmir çatışmazlığı iştahasızlığa səbəb ola bilər.

Bitki mənşəli əlavələrdən yararlanın: Şüyüd, kəklikotu kimi bitkilər təbii iştah açıcı kimi istifadə edilə bilər.

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 03 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri