Icma.az
close
up
RU
İstanbul Bələdiyyəsi Tarixi şəhərə rəhbərlik edən SİYASƏTÇİLƏR

İstanbul Bələdiyyəsi Tarixi şəhərə rəhbərlik edən SİYASƏTÇİLƏR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Türkiyə siyasəti mühüm hadisələrə şahidlik edir. İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu korrupsiya ittihamı ilə həbs edilib və bu gün onun vəzifələrini icrası CHP üzvü Nuri Aslana həvalə olunub.

Bu hadisə İstanbul siyasətində böyük rezonans doğurub və şəhərin idarəçilik tarixində yeni bir mərhələnin başlanğıcı olub.

İstanbul minilliklər boyu bir çox imperiyanın paytaxtı olub, hər dövrdə müxtəlif idarəçilik modelləri ilə idarə edilib. Bizans və Osmanlı dövrlərində şəhərin idarəsi xüsusi dövlət məmurlarının nəzarətində idi.

Müasir bələdiyyə sistemi Türkiyədə 19-cu əsrdə, Osmanlı dövründə qurulub. 1984-cü ilə qədər İstanbulda müxtəlif rayon bələdiyyələri fəaliyyət göstərib. Lakin şəhərin sürətli böyüməsi və artan problemləri mərkəzləşdirilmiş bir idarə sisteminin yaradılmasını zəruri edib.

Beləliklə, 1984-cü ildə Türkiyədə ilk dəfə "Böyükşəhər Bələdiyyəsi" modeli tətbiq edilib və İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) rəsmi olaraq quruldu. Bu tarixdən etibarən xalq tərəfindən birbaşa seçilən İstanbul Böyükşəhər Bələdiyyə Sədri tərəfindən idarə olunub.

Modern.az indiyədək İstanbul Böyükşəhər Bələdiyyəsinə rəhbərlik edən siyasətçiləri təqdim edir.

1. Bedrettin Dalan (1984–1989)

Bedrettin Dalan 1984-cü ildə keçirilən ilk böyükşəhər bələdiyyə seçkilərində Ana Vətən Partiyasının (ANAP) namizədi kimi qalib gəlib. Onun dövründə İstanbulda böyük infrastruktur layihələri həyata keçirilib. Şəhərdə yeni yollar, körpülər və kanalizasiya sistemləri inşa edilib. Lakin onun bəzi layihələri mübahisəli idi və 1989-cu ildə seçkidə məğlub oldu.

2. Nurettin Sözen (1989–1994)

Nurettin Sözen Sosial Demokrat Xalqçı Partiyasının (SHP) namizədi kimi seçilib. Onun dövrü İstanbulda nəqliyyat və su çatışmazlığı problemləri ilə yadda qalıb. Şəhərdə su böhranı yaşanıb və ictimai nəqliyyat problemləri artıb. Bu səbəblə xalqın narazılığı yüksək olub və 1994-cü ildə bələdiyyə rəhbərliyi dəyişib.

3. Rəcəb Tayyib Ərdoğan (1994–1998)

Ərdoğan 1994-cü ildə Rifah Partiyasının namizədi kimi seçkiləri qazanıb. Onun dövründə İstanbulda su və nəqliyyat problemləri həll edilməyə başlanıb. Şəhərin ictimai nəqliyyat sistemində ciddi islahatlar həyata keçirilib. 1998-ci ildə siyasi səbəblərə görə vəzifəsindən uzaqlaşdırılıb və həbs edilib. O, sonradan Türkiyənin baş naziri və prezidenti olub.

4. Ali Müfit Gürtuna (1998–2004)

Ərdoğanın vəzifədən uzaqlaşdırılmasından sonra, Ali Müfit Gürtuna İstanbul Böyükşəhər Bələdiyyə sədri olub. O, əvvəlcə Fazilət Partiyasına mənsub idi, lakin partiya qadağan edildikdən sonra müstəqil siyasət yürütməyə başladı. Onun dövründə İstanbulda metro inşaatı genişləndirilib və şəhər planlaması sahəsində yeniliklər edilib.

5. Kadir Topbaş (2004–2017)

Kadir Topbaş Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi kimi seçilib və 13 il boyunca İstanbul Böyükşəhər Bələdiyyəsinə rəhbərlik edib. Onun dövründə metro xətləri genişləndirilib, Marmaray və Avrasiya Tuneli kimi böyük layihələr həyata keçirilib. Siyasətçi 2017-ci ildə istefa verib.

6. Mevlüt Uysal (2017–2019)

Kadir Topbaşın istefasından sonra Mevlüt Uysal AKP tərəfindən bələdiyyə sədri seçilir. Onun dövrü qıs müddətli olub, əsasən 2019-cu ildə keçirilən bələdiyyə seçkilərinə hazırlıqla keçib.

7. Ekrem İmamoğlu (2019–2025)

Ekrem İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olaraq 2019-cu ildə seçkiləri qazanıb. Lakin nəticələr ləğv edildiyi üçün seçkilər yenidən keçirilib və İmamoğlu yenidən qalib gəlib. O, bir neçə gün əvvəl həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Mart 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri