Icma.az
close
up
RU
İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZindən alacaq

İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZindən alacaq

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) qarşıdakı üç il ərzində İstanbul Hava Limanını hər il 700 min ton aviasiya yanacağı ilə təmin edəcək.

Bu barədə “Report” “SOCAR Turkiye”yə istinadən xəbər verir.

Şirkət bildirib ki, bu strateji əməkdaşlıq aviasiya sənayesinə verdikləri töhfəni daha da artıracaq: “Biz bu əməkdaşlığı elan etməkdən məmnunuq”.

Bu il İstanbul Hava Limanının illik təyyarə yanacağına olan tələbatının 3 milyon tondan çox olacağı gözlənilir. Bu tələbatın 23,3 %-i, yəni 700 min tonu STAR NEZ tərəfindən, 60 %-i, yəni 1,8 milyon tonu isə "Türkiye Petrol Rafinerileri A.Ş." (Tüpraş) tərəfindən təmin ediləcək.

2024-ci ilin yanvar-oktyabr aylarında STAR NEZ 838,579 min ton reaktiv mühərriklər üçün kerosin (aviayanacaq) istehsal edib. Ümumilikdə isə bu dövrdə Türkiyədəki neft emalı zavodlarında 4 milyon 802,5 min ton aviayanacaq istehsal olunub. Beləliklə, STAR NEZ-in istehsal etdiyi təyyarə yanacağının əhəmiyyətli hissəsi İstanbul Hava Limanına tədarük ediləcək. Hazırda STAR NEZ-in Türkiyədə istehsal olunan təyyarə yanacağı bazarındakı payı 17,5 % təşkil edir.

Xatırladaq ki, “SOCAR Aviation” ilk dəfə 2019-cu ildə İstanbul Hava Limanının illik 700 min ton təyyarə yanacağı tədarükü üçün elan etdiyi tenderin qalibi olub.

STAR NEZ-in təməli 2011-ci ilin oktyabrın 5-də qoyulub, 2018-ci ilin oktyabrın 19-da isə rəsmi açılışı olub. Zavod 2019-cu ilin sentyabrından tam gücü ilə fəaliyyət göstərir. Ötən il burada həyata keçirilən təmir və modernləşdirmə işləri zavodun emal gücünü illik 13 milyon ton səviyyəsinə çatdırıb. STAR NEZ-də “Urals”, “Azeri Light” və “Kərkük” neft növləri emal olunur. Zavodun əsas məhsulları arasında dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol və neft koksu yer alır.

Türkiyənin təyyarə yanacağı bazarında STAR NEZ-in 1,6 milyon tonluq istehsal payı idxal ehtiyacını əhəmiyyətli dərəcədə azalda bilər. Hazırda ölkədə təyyarə yanacağı istehlakının 80 %-dən çoxu daxili istehsal hesabına təmin edilir. Türkiyənin illik təyyarə yanacağına tələbatı təxminən 6,5 milyon ton səviyyəsindədir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Yanvar 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri