İstanbul yağışa təslim oldu, məktəblər bağlandı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti səbəbindən məktəblərdə tədris bir günlük təxirə salınıb.
Axar.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.
Qeyd olunub ki, şəhərdə hökm sürən əlverişsiz hava şəraiti həyatın bir çox sahəsinə mənfi təsir göstərib:
“Güclü yağışların yaratdığı fəsadların vətəndaşların gündəlik həyatına təsirini minimuma endirmək məqsədilə bir sıra tədbirlər görülüb. Bütün dövlət və özəl təhsil müəssisələrində 2026-cı il oktyabrın 15-i bir gün müddətinə əyani təhsilə fasilə verilib”.
Qeyd edək ki, İstanbula düşən leysan bir sıra fəsadlar törədib, yollar su altında qalıb.
Baxış sayı:88
Bu xəbər 14 Oktyabr 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















