Icma.az
close
up
RU
İstanbulda Azərbaycan Türkiyə Müqayisəli Hüquq Simpoziumu keçirilib

İstanbulda Azərbaycan Türkiyə Müqayisəli Hüquq Simpoziumu keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 31 may, Günel Karatepe, AZƏRTAC

28 May - Müstəqillik Günü və 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Türkiyədə silsilə tədbirlər keçirilib. Bu tədbirlərin yekunu olaraq mayın 30-da İstanbulun Yeditepe Universitetində “Konstitusiya - Suverenlik - Ərazi Bütövlüyü” mövzusunda Azərbaycan-Türkiyə Müqayisəli Hüquq Simpoziumu təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Yeditepe Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Simpozium çərçivəsində konstitusiya hüququ, dövlətin suverenlik hüquqları və ərazi bütövlüyünün beynəlxalq hüquqi müdafiəsi mövzuları müzakirə edilib.

Tədbirin açılış mərasimində Yeditepe Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener Ünver, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və TADEF-in sədri Ədalət Turan çıxış edərək mövzunun əhəmiyyətini vurğulayıblar.

Tədbir panel müzakirələri ilə davam etdirilib.

Yeditepe Universitetinin hüquq fakültəsinin professoru Oktay Uyqunun moderatorluğu ilə keçirilən ilk paneldə Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl və Ankara Universitetinin Hüquq fakültəsinin dosenti Bülent Alqanın “Konstitusiya hüququnda inkişaf” mövzusu məruzələri dinlənilib.

“Dövlətin suverenlik hüquqları” mövzusunda keçirilən növbəti panel müzakirəsində iclasın moderatoru professor Mehmet Rıfat Tınç, Milli Məclisinin deputatı Sabir Hacıyev və professor Oktay Uyqunun fikir və təklifləri ifadə edilib.

Professor Mesut Hakkı Caşının moderatorluğu ilə keçən son paneldə Ankara Universitetinin hüquq fakültəsinin professoru Cavid Abdullazadə və Karabük Universitetinin iqtisadi və idarəetmə fakültəsinin professoru Ali Asker “Ərazi bütövlüyü və beynəlxalq hüquqi müdafiə” mövzusunda çıxış edərək bir sıra mühüm fikirlər səsləndiriblər.

Tədbirdə simpoziumun iki qardaş ölkə arasında hüquq sahəsi üzrə elmi mübadilənin gücləndirilməsi, aktual hüquqi məsələlərin birgə müzakirəsi və gələcək əməkdaşlıqların inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Elmi müzakirələrdən sonra tədbir Əməkdar artist Turan Manafzadənin təqdimatında piano resitalı ilə davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 07:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri