Icma.az
close
up
RU
İstanbulda Azərbaycan Türkiyə əməkdaşlığı müzakirə olunub

İstanbulda Azərbaycan Türkiyə əməkdaşlığı müzakirə olunub

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İstanbul Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə enerji əməkdaşlığının inkişafı məqsədilə ikitərəfli, üçtərəfli və dördtərəfli formatlarda görüşlər keçirilib.

"Cebheinfo.az" xəəbər verir ki, nazirlərin ikitərəfli görüşündə nazir Pərviz Şahbazov Forumun keçirilməsi və  "BOTAŞ" şirkətinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, həmçinin COP29-da iştiraka görə təşəkkürünü bildirib. 

Müzakirələr zamanı ikitərəfli enerji əməkdaşlığının prioritet məsələləri və gələcək perspektivləri nəzərdən keçirilib. Türkiyəyə və buradan Avropaya “yaşıl enerji” və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafından bəhs edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrasının cari vəziyyəti, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekun mərhələsi, habelə “Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu”nun keçirilməsi iə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə qaz sahəsində üçtərəfli əməkdaşlığın inkişafı ilə bağlı da müzakirələr aparılıb. Keçid yanacaq növü kimi təbii qaza olan tələbat, qaz tədarükü sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdən keçirilib. 

Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycandan Bolqarıstana və digər Avropa ölkələrinə nəql məqsədilə 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib.

“Yaşıl enerji” sahəsində isə müzakirələr Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə dördtərəfli formatda aparılıb. 

Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizi layihəsinin cari vəziyyəti diqqətə çatdırılıb. Xəzər dənizi və Mərkəzi Asiyadan bərpa olunan enerjinin Gürcüstan və Türkiyə vasitəsilə Avropaya müxtəlif marşrutlarla çatdırılması imkanları dəyərləndirilib. Dörd ölkə arasında “yaşıl enerji” əməkdaşlığı üzrə müvafiq addımların atılması razılaşdırılıb.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri