Icma.az
close
up
RU
İstanbulda Azərbaycanın milli mədəni dəyərləri nümayiş etdirilib FOTOLAR

İstanbulda Azərbaycanın milli mədəni dəyərləri nümayiş etdirilib FOTOLAR

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulda Novruz Bayramı ilə bağlı növbəti təntənəli tədbir şəhərin Çekmeköy Bələdiyyəsinin Turqut Özal Mədəniyyət Mərkəzində baş tutub. SİA xəbər verir ki, tədbir artıq uzun illərdir Azərbaycan mədəniyyətini Türkiyədə təbliğ edən “Xarıbülbül” Mədəniyyət Dərnəyi (Xarıbülbül Vizyon Teatr Birliyi Dərnəyi) və Çekmeköy Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Ölkəmizin Novruz bayramı ilə bağlı milli adət-ənənələrinin, o cümlədən milli atributlarımızın və musiqimizin nümayiş olunduğu proqram iki hissədə təşkil edilib.

Tədbirin ilk hissəsində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, ölkəmizin xalq yaradıcılığı üzrə mütəxəssisi Elnarə Rəsulovanın “İstanbulda Novruz naxışları” mövzusunda fərdi sərgisi açılıb, dərnəyin sərgi bölməsinin rəhbəri, əl işləri yaradıcısı Lətafət Refikin əsərləri nümayiş olunub.

Sərgidə Elnarə Rəsulovanın Azərbaycanın milli dəyərlərini özündə əks etdirən “İstanbulda Novruz naxışları” adlı xalçası ilə yanaşı, 30-a yaxın əsəri də ictimaiyyətə təqdim edilib.

Tədbirin bədii hissəsində çıxış edən “Xarıbülbül” Mədəniyyət Dərnəyinin sədri Kamalə Kamal, İstanbulun Çekmeköy rayonu üzrə mədəniyyət müdiri Murat Ermiş və digərləri Türk millətinin qədim bayramlarından olan Novruzun ortaq milli dəyərlərimizin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, eləcə də dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Türk dünyasının birliyinin rəmzlərindən olan Novruz Bayramı həm də dünyada sülhün və birliyin elçisidir.

Sonra dərnəyin musiqi bölməsinin rəhbəri, müğənni Vüsalə Əsgərovanın yaratdığı və başçılıq etdiyi “Günəş musiqi, xor və rəqs” qrupunun konsert proqramı tamaşaçılara təqdim edilib.

Müxtəlif türkdilli xalqların nümayəndələrindən ibarət xor iki yaşlı uşaqlardan başlayaraq 40 yaşınadək solistlərə qədər musiqiçiləri əhatə edib.

“Azərbaycan” mahnısı ilə başlayan konsert proqramında, xorun solistləri ilə yanaşı, Vüsalə Əsgərovanın ifasında “Ay alagöz”, “Budur bu” kimi Azərbaycan və Türkiyə mahnıları tamaşaçılara təqdim edilib.

Tədbirdə müxtəlif türkdilli xalqların Türkiyədə fəaliyyət göstərən cəmiyyətlərinin rəhbərləri də iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri