İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib.
O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.
Mədəni proqram ilə davam edən tədbir çərçivəsində, hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsində regional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cü illə müqayisədə 7 faiz artım deməkdir.
AzVision.az Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycan İstanbulda turizm üzrə nümayəndəlik açacaq
14 Dekabr 2024 15:49
İstanbulda səhər çadırlarda açıldı
24 Aprel 2025 10:39
İstanbulda Azərbaycanın zəngin mədəni irsi tanıdılıb
17 May 2025 13:36
İstanbulda Azərbaycanın milli mədəni dəyərləri nümayiş etdirilib
25 Mart 2025 00:38
İstanbulda Azərbaycanın Novruz adətləri nümayiş etdirilib FOTOLAR
06 Aprel 2025 02:19
Baxış sayı:86
Bu xəbər 10 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları