Icma.az
close
up
RU
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb

İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İstanbul, 7 oktyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulun mərkəzi hissələrindən olan Sarıyer rayonunda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, abidənin açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğun, Türkiyədə fəaliyyət göstərən dövlət qurumları və bələdiyyənin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva mədəniyyətimiz və qardaşlığımızın rəmzlərindən biri olan belə bir abidənin yaradılmasında iştirak etməkdən məmnunluğunu bildirib. O deyib: “Açılışını etdiyimiz bu abidə bir əsər olmaqla yanaşı, iki xalqın ortaq hafizə və könül birliyinin təzahürüdür. Bəxtiyar Vahabzadə sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələmi idi. Türk dünyasının mənəvi birliyini bu qədər açıq şəkildə dilə gətirən ikinci şair tapmaq çətindir. O, milli mübarizəmizdə qələmini qılınc kimi istifadə edərək milli dəyərlərimizin yenidən oyanması, qardaş millətlərin hər zaman bir-birinə dəstək olmasının əhəmiyyətinə inanan dahi şəxsiyyət idi. Azərbaycan Prezidentinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı onun fikirlərinə olan böyük hörmətin göstəricisidir”.

Çıxışında layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bu əsərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. “Bəxtiyar Vahabzadə sovet hakimiyyətinin ən represiv dövrlərində “Gülüstan” kimi bir əsəri yazıb. Ümumiyyətlə, o, milli şuurumuzun diriliş şairlərindən biri olmaqla yanaşı, gələcəyə baxışımızın da formalaşmasında mühün rol oynayıb. Bəxtiyar Vahabzadə sənətinə Azərbaycanda daima çox böyük hörmət göstərilib. Bunun ilk nümunəsi Ulu Öndər Heydər Əliyevin Bəxtiyar Vahabzadəni milli şair adlandırması idi. Bu, böyük addır. Şairə olan böyük hörmətin daha bir nümunəsi Azərbaycan Prezidentinin onun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamda Bəxtiyar Vahabzadənin bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamasını qeyd etməsidir”, - deyən Elməddin Mehdiyev barelyefin açılışının Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü kimi tarixi əhəmiyyət kəsb edən bir günə təsadüf etməsini də yüksək qiymətləndirib.

Barelyefin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev çıxışında belə bir əsəri ərsəyə gətirdiyi üçün fəxarət hissi keçirdiyini deyib. O bildirib ki, bu, onun Bəxtiyar Vahabzadə obrazı üzərindəki ilk işi deyil və Türkiyədə ümumiyyətlə ərsəyə gətirdiyi beşinci əsərdir. İstanbulda ucaldılan, fəxr etdiyi əsərlərindən biri də Sarıyerdə yerləşən Heydər Əliyev parkındakı Ulu Öndərin abidəsidir.

Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu isə barelyefin açılışının məhz onun rəhbərliyi dövrünə düşməsindən fəxr etdiyini bildirərək Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir” kəlamlarını misal çəkib.

Sonra barelyefin açılışı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri