Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 dekabr, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Sözün taleyə çevrildiyi ömür – Bəxtiyar Vahabzadə” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, milli düşüncə tarixində və ictimai şüurda tutduğu əvəzsiz roldan danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması barədə 21 fevral 2025-ci il tarixində imzalandığı Sərəncamına müvafiq olaraq Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələrdən, hazırlanan materiallardan bəhs edib.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova, professor, uşaq yazarı Solmaz Amanov Bəxtiyar Vahabzadənin təkcə şair deyil, milli düşüncənin carçısı, ana dilimizin, milli kimliyimizin və azadlıq ideyalarının yorulmaz müdafiəçisi olduğunu, onun poeziyasında Azərbaycan insanının ruhunun, dərdinin, sevincinin, mübarizəsinin və gələcəyə olan inamının əks olunduğunu bildiriblər.
Respublika Gənclər kitabxanasının əməkdaşlarının hazırladığı “Xalq şairi Bəxtiyar Vahabzadə - 100” adlı elektron bazanın təqdimatı olub. Həmçinin 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən təsviri incəsənət dərnəklərinin üzvlərinin çəkdikləri rəsmlərə baxış keçirilib. Sərgidə 20-dən çox gənc, həvəskar rəssamın rəsm əsərləri sərgilənib.
Tədbirin bədii hissəsində inkişaf mərkəzinin, “Dan Ulduzu” rəqs ansablının ifasında rəqs və şeirlərdən ibarət kompozisiyalar nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















