İstanbulda azərbaycanlı rəssamların əsərlərinin də yer aldığı sərgi açılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
İstanbul, 5 may, Günel Karatepe, AZƏRTAC
İstanbulun tarixi “Pera Palace” otelində Türkiyə, Azərbaycan və Rusiyadan olan rəssamların əsərləri sərgilənir.
AZƏRTAC xəbər verir ki, sərgi “Tarixdən kətana İstanbul Pera Palace” mövzusunda Türkiyənin “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyinin yaradılmasının 21-ci ildönümü münasibətilə təşkil olunub.
Sərgidə Türkiyə, Azərbaycan və Rusiyadan olan 54 rəssamın 84 əsəri sərgilənir. Təqdim olunan sənət nümunələri arasında Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun əsərləri də yer alır.
Tədbir əsnasında “Saküder”in “21-ci il sənət mükafatı”nın da təqdimedilmə mərasimi keçirilib. Mükafata Türkiyənin məşhur aktrisası Müjde Ar layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 05 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















