Icma.az
close
up
RU
Qarabağa həsr olunan rəsm əsərlərinin sərgisi açılıb

Qarabağa həsr olunan rəsm əsərlərinin sərgisi açılıb

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəsm əsərlərinin müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub

Bakıda gənc rəssamların Qarabağa həsr olunan rəsm əsərlərindən ibarət sərgi açılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondundan bildirilib.

Tədbirdə QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 rəngkarlıq əsəri gənc rəssamların inkişafına töhfə vermək məqsədilə dünyaşöhrətli almaniyalı rəssam, Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidtin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri üçün Fondun dəstəyi ilə keçirdiyi master-klas çərçivəsində hazırlanıb.

O diqqətə çatdırıb ki, QDF və ADRA-nın birgə təşkilatçılığı ilə artıq “Qarabağın rəngləri–2025” layihəsinin icrasına start verilib. Belə ki, layihədə iştirak edəcək finalçıların seçim mərhələsi yekunlaşıb, onların ərsəyə gətirəcəyi əsərlərin eskizlərinin hazırlanması prosesi isə davam edir.

Qeyd olunub ki, rəssam İnqa Şmidtin master-klasında iştirak edən gənclərin əksəriyyəti yüzlərlə digər tələbələr arasından seçilən, “Qarabağın rəngləri–2025” layihəsinin final mərhələsində iştirak etmək hüququ qazanan ADRA və ADMİU-nun tələbələridir.

R.Hacıyev xatırladıb ki, ötən il keçirilən “Qarabağın Rəngləri-2024” layihəsi çərçivəsində ADRA-da təhsil alan 23 istedadlı gənc tərəfindən hazırlanmış 19 rəsm əsərinin və 4 heykəltaraşlıq nümunəsinin satışından əldə olunmuş 90 min 200 manat vəsait Ağdam rayonu ərazisində yerləşən İmarət kompleksinin bərpasına yönəldilib.

Tədbirdə, həmçinin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, akademiyanın prorektoru, Xalq rəssamı Salxab Məmmədov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun gənc rəssamların gələcək yaradıcılıq fəaliyyətinə böyük töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra rəsm əsərlərinin müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub.

Sonda sərgi iştirakçıları nümayiş olunan əsərlərlə tanış olub, xatirə şəkli çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Aprel 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri