Icma.az
close
up
RU
İstanbulda COP mövzusunda konfrans keçirilib FOTO

İstanbulda COP mövzusunda konfrans keçirilib FOTO

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulda “COP29 ilə COP30-u birləşdirən: Diplomatiya, Fəaliyyət və İqlim Yolu” adlı konfrans keçirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, COP29 və İstanbul konsulluq korpusunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində COP29 zamanı qəbul edilən qərarlar və COP30-a hazırlıqla birgə iqlim dəyişikliyinə dair mövcud məsələlər müzakirə edilib.

BMT-nin Türkiyədəki daimi nümayəndəsi Babatunde A. Ahonsi Azərbaycanı COP29-un uğurlu keçirilməsi münasibətilə təbrik edərək, burada qəbul edilən qərarların vacib olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən və daha güclü bir şəkildə səfərbər edilib. COP29-da yeni nəticələr əldə olunub və ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində əldə olunmuş rekord məbləğdir.

Onun sözlərinə görə, bu, COP29-dan olan gözlənti idi: “Bundan əlavə, COP29 çərçivəsində əldə olunan uğurlardan birinin də Paris İqlim Sazişində yer alan 6-cı maddə üzrə 10 il davam edən danışıqların yekunlaşması olub”.

Türkiyənin ətraf mühit nazirinin müavini Fatma Varank isə çıxışında COP29-da Azərbaycanın çox böyük uğur əldə etdiyini vurğulayıb: “Yaxından iştirak edən bir ölkə olaraq Azərbaycanın səssiz, lakin çox təsirli bir diplomatiya ilə alınması gözlənilməz olan qərarları ala bildiyini müşahidə etdik. Bu münasibətlə Azərbaycanı təbrik edirəm. Təbii ki, əldə olunan nəticələr dünyadakı bütün problemləri həll etməyə qadir deyil, lakin COP29-la iqlim məsələləri baxımından böyük bir məsafə qət etdiyimizə inanırıq”.

Tədbir çıxışlarla davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri