Icma.az
close
up
RU
İstanbulda “TürkiyəAzərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib FOTO/VİDEO

İstanbulda “TürkiyəAzərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib FOTO/VİDEO

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və “Makro 2000” Qrupu tərəfindən “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib.Yenicag.az xəbər verir ki, tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Qonaqları salamlayan GTİD sədri, layihə rəhbəri Toğrul Allahverdili Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq bağlardan söz açıb.

Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsini bildirən sədr qeyd edib ki, rəsmi Bakı tədbiri ən yüksək səviyyədə həyata keçirir.

T. Allahverdili tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da səylə çalışdığını bildirərək gənclərin daha da fəallıq göstərməsinin önəminə diqqət çəkib. Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı əlaqələrdə şəbəkələşmə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edərək gəncləri bu imkanlardan maksimum yararlanmağa çağırıb.

Qeyd edək ki, layihə rəhbərinin çıxışından sonra protokol çıxışlarına yer verilib.

Forumda çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirdi.

“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi yanıltmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi. Türk gəncliyinin birliyi və qardaşlığı zamanın tələbidir. Çünki hər iki gənclik bütün sahələrdə bir-birinə qırılmaz tellərlə bağlanıblar. Dil, din və köklərinin eyni olması türk gəncliyinin bir-birinə təbii bağlılığının göstəricisidir”, – deyə millət vəkili söyləyib.

Bundan əlavə, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Günel Ələsgərli, Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı İstanbul Ofisi koordinatoru Fatih Hacıbektaşoğlu, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, İSTAD başqanı Səfər Karakoyunlu, Motiv Şəxsi İnkişaf mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Türkiyənin arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.

Daha sonra COP29-un açılış mərasimindən bəhs edən qısa film nümayiş olunub.

Forum çərçivəsində Ankara Hacı Bayram Veli Universitetinin doktorantı, YTB bursiyeri, aktivist Rəşid Mustafazadənin moderatorluğu ilə Türkiyə-Azərbaycan Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Paneli təşkil olunub. Paneldə məşhur bloqer, yazar Aysu Mola, məşhur teleaparıcı, yazar Yeşim Eryılmaz, Azərbaycan tarixi üzrə ekspert Anar Can Kıtay, kibertəhlükəsizlik və süni intellekt mütəxəssisi Yasin Uğur ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi və gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.

Forumun bədii hissəsində Azərbaycanı dünya səhnələrində təmsil edən ən gənc qadın orkestr şefi, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə ithaf etdiyi “Türkiyə 100” əsəri ilə könüllərdə taxt quran Turan Manafzadə və gənclər milli musiqilərimizi səsləndiriblər.

Forumun sonunda iştirakçılara təşəkkür plaketləri təqdim olunub, xatirə şəkli çəkilib.

https://www.youtube.com/watch?v=4xD31pF1Fdw

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2024 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see364

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see281

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see186

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see148

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see141

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see139

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see139

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see135

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see131

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see129

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see129

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see128

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see128

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see124

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see123

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see121

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri