İstanbulda keçirilən Rusiya ABŞ danışıqlarının nəticələri açıqlandı
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İki ölkənin nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələri ilə bağlı Rusiya və Amerika tərəflərinin bəyanatları müsbət münasibət və lazımi siyasi iradənin mövcudluğunu nümayiş etdirdi.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.
"Hansısa nəticə çıxarmaq üçün hələ tezdir, lakin məsləhətləşmələrdən sonra Rusiya və ABŞ-ın verdiyi bəyanatlar müsbət münasibəti və ölkələr tərəfindən lazımi siyasi iradənin olduğunu göstərir. Biz danışıqlar prosesinin özünə qarışmırıq. "Müzakirələr konkret nəticələrə səbəb olanda, əlbəttə ki, əla olacaq", - deyə agentlik türk diplomatik mənbəsinin adının çəkilməməsi şərti ilə bildirib.
Həmçinin bildirilir ki, hazırda Türkiyə Rusiya və Amerika nümayəndələri arasında növbəti danışıqların təxmini tarixlərini bilmir, çünki gələcək görüşün texniki detalları üzrə razılığa gələnlər məhz Moskva və Vaşinqtondur.
Bundan əvvəl ABŞ Dövlət Departamenti İstanbuldakı məsləhətləşmələrin konstruktiv keçdiyini, tərəflərin yaxın vaxtlarda yeni görüşün keçirilməsi imkanlarını da müzakirə etdiyini bildirib. Departament həmçinin bildirib ki, görüşün vaxtı və yeri, eləcə də ölkələrin nümayəndələr qrupunun tərkibi “sonra müəyyən olunacaq”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 11 Aprel 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















