İstanbulda kritik GÖRÜŞ KEÇİRİLİR: 3 dövlətin məxfi Ukrayna İCLASI
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İstanbulda keçirilən görüşlərin nəticələrini dəyərləndirmək üçün əvvəlki danışıqlara nəzər salmaq kifayətdir. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında aylarla davam edən müzakirələr nəticə vermədi və ABŞ vasitəçilik rolundan geri çəkildi. Bunun ardınca Vaşinqton Ukraynaya hərbi dəstəyi bərpa etdi".
Bu fikirləri News24.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, baş verənlərdən sonra narahatlıq keçirən Rusiya Türkiyənin vasitəçiliyi ilə İstanbul formatında yeni görüşlərin keçirilməsini təklif etdi:
"Bu çərçivədə iki görüş baş tutdu, lakin irəliləyiş əldə olunmadı. Üçüncü görüşdən də gözləntilər aşağıdır. Çünki Rusiya sülh dialoqu aparmaq üçün etibarlı tərəf kimi qəbul edilmir. ABŞ və NATO-ya üzv ölkələr də bu qənaəti bölüşür və Rusiya ilə davamlı sülh danışıqlarının aparılmasını real saymır. Bu səbəbdən Moskva üzərində siyasi və hərbi təzyiqlər daha da artırılır".
Siyasi şərhçi ABŞ-ın Rusiya üçün əsas strateji təhdid vasitəsinə çevrilən nüvə imkanlarını balanslaşdırmaq məqsədilə cavab addımları atdığını qeyd edib. O bildirib ki, Kreml rəhbərliyinin nüvə silahı ilə regionu qorxutmasının qarşısını almaq üçün ABŞ Böyük Britaniyada nüvə arsenalı yerləşdirib. Bu addım Rusiyanın nüvə faktorundan istifadə edərək üstünlük qazanmasının qarşısını almağa yönəlib- deyə o əlavə edib:
"Mövcud vəziyyət Rusiya-Qərb münasibətlərində gərginliyin qalmaqda davam etdiyini göstərir. ABŞ Prezidenti Tramp, Putinə sülh razılaşmasının imzalanması üçün 50 günlük vaxt təyin edib. Bu müddət ərzində razılıq əldə olunmasa, Rusiya daha sərt hərbi təzyiqlərlə üzləşə bilər. Beləliklə, proseslərin gedişi müharibənin hələ də davam edəcəyini göstərir".
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 İyul 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















