Icma.az
close
up
RU
İstanbulda Qarabağ zəfəri ilə bağlı konsert proqramı keçirilib

İstanbulda Qarabağ zəfəri ilə bağlı konsert proqramı keçirilib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə İstanbulun Sureya Operasında “Dədə Qorqud” kamera orkestrinin möhtəşəm konsert proqramı keçirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, proqram Azərbaycan əsilli vəkil Nərgiz Attarın rəhbərliyi ilə Mədəniyyətlərarası Əlaqə Dərnəyinin himayəsində, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin mənəvi dəstəyi ilə təşkil olunub.

Konsertdə tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun dirijorluğu ilə dünya şöhrətli fleyta ustası, Türkiyənin Dövlət solisti və Türkiyə Prezidenti Administrasiyasının Mədəniyyət və Sənət Mükafatına ilk layiq görülən sənətçi, UNICEF tərəfindən “Türkiyə yaxşı niyyət elçisi” elan edilən Şəfiqə Kutluerin ifası dinlənilib.

Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinin yer aldığı konsert proqramında olduqca zəngin repertuar tamaşaçılara təqdim edilib.

Anşlaqla keçən konsert proqramı tamaşaçıların gur alqışları ilə qarşılanıb.

COP29 Zirvəsinin davam etdiyi və dünyanın diqqətinin Azərbaycanda olduğu bu günlərdə, Qarabağ Zəfərinin əhəmiyyətini mədəniyyətin dili ilə geniş kütlələrə çatdıran konsertin hər il mütəmadi olaraq müxtəlif ölkələrdə keçirilərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dirijor, Xalq artisti Yalçın Adıgözəlov və dünya şöhrətli fleyta ustası Şəfiqə Kutluerin iştirakı ilə “Dədə Qorqud” kamera orkestrinin növbəti konserti Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfoniya Orkestr Salonunda (CSO) keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri