Icma.az
close
up
RU
Qarabağ Zəfəri İstanbulda möhtəşəm konsert proqramı ilə qeyd edilib VİDEO AZƏRTAC

Qarabağ Zəfəri İstanbulda möhtəşəm konsert proqramı ilə qeyd edilib VİDEO AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 21 noyabr, Günel Karatepe, AZƏRTAC

Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə İstanbulun Sureya Operasında “Dədə Qorqud” kamera orkestrinin möhtəşəm konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Azərbaycanəsilli vəkil Nərgiz Attarın rəhbərliyi ilə Mədəniyyətlərarası Əlaqə Dərnəyinin himayəsində, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin mənəvi dəstəyi ilə təşkil olunub. Konsertdə tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun dirijorluğu ilə dünyaşöhrətli fleyta ustası, Türkiyənin dövlət solisti və Türkiyə Prezidenti Administrasiyasının Mədəniyyət və Sənət Mükafatına ilk layiq görülən sənətçi, UNICEF tərəfində “Türkiyə yaxşı niyyət elçisi” elan edilən Şəfiqə Kutluerin ifası dinlənilib.

Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinin yer aldığı konsert proqramında olduqca zəngin repertuar tamaşaçılara təqdim edilib. Anşlaqla keçən konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.

GOP29-un davam etdiyi və dünyanın diqqətinin Azərbaycanda olduğu bu günlərdə, Qarabağ Zəfərinin əhəmiyyətini mədəniyyətin dili ilə geniş kütlələrə çatdıran konsertin hər il mütəmadi olaraq müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yalçın Adıgözəlov və Şəfiqə Kutluerin iştirakı ilə “Dədə Qorqud” kamera orkestrinin növbəti konserti Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfoniya Orkestr Salonunda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri