Icma.az
close
up
RU
İstanbulda Yaşıl Enerji Dəhlizi layihəsi müzakirə edilib

İstanbulda Yaşıl Enerji Dəhlizi layihəsi müzakirə edilib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Türkiyənin İstanbul şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclasında ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak edib.
Newscenter.az xəbər verir ki, nazir müavini Orxan Zeynalov çıxışında Azərbaycanın enerji keçidi sahəsində mövcud strategiyası, bərpa olunan enerji potensialı və yaşıl enerjinin ixracı istiqamətində atılan addımlar barədə məlumat verib. Azərbaycanda yaşıl enerji zonalarının yaradılması və Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, həmçinin ölkəmizi Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərindən danışılıb.
İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb.
Səfər çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zafer Demircan ilə Azərbaycan və Türkiyə arasında yaşıl enerji dəhlizinin yaradılması məsələsinin müzakirəsinə həsr olunmuş geniş tərkibli görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonasının inkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanması istiqamətində görülən işlər haqqında məlumat verilib, BCG məsləhətçi şirkətinin ekspertləri, “Azərenerji” ASC-nin və Türkiyənin TEİAS şirkətinin nümayəndələrinin də iştirakı ilə yaşıl enerjinin ixracını dəstəkləyəcək infrastruktur layihələrinin texniki və iqtisadi əsaslandırılmasından irəli gələn məsələlər müzakirə olunub.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see362

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see221

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see188

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see146

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see134

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see130

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see130

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see129

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see128

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see127

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see127

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see127

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see126

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see125

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see125

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see124

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see123

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see119

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri