İstanbulda yaşıl enerji təchizatı məsələləri müzakirə edilib
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
İstanbulda keçirilən I Enerji Forumu çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanın enerji sahəsində məsul nazirlərinin yaşıl enerji tədarükü mövzusunda toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Bolqarıstanın energetika naziri Vladimir Malinov iştirak ediblər.
Görüşdə Azərbaycan və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialı əsasında, yaşıl enerjinin Avropaya müxtəlif marşrutlar vasitəsilə çatdırılması ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş olub.
Görüşdə enerji sahə üzrə ölkələrimiz arasındakı əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə olunub.
Türkiyəyə, buradan Avropaya yaşıl enerji və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafı, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekunlaşdırılması və “Azərbaycan-Türkiyə IV Enerji Forumunun keçirilməsi ilə bağlı cari vəziyyət dəyərləndirilib.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















