Icma.az
close
up
RU
İstanbuldakı Göy məscid haqqında bilinməyən tarix

İstanbuldakı Göy məscid haqqında bilinməyən tarix

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulun hər il milyonlarla turistin ziyarət etdiyi Sultan Əhməd məscidi, daha çox Göy məscid kimi tanınır, hakimiyyət uğrunda mübarizə, dini qalmaqal və gənc bir sultanın böyük ambisiyaları ilə bağlı maraqlı tarixə malikdir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu amillərin birləşməsi İslam memarlığının ən möhtəşəm şah əsərlərindən birinin yaranmasına səbəb olub.

Göy məscid 1609-1616-cı illərdə Sultan I Əhmədin əmri ilə inşa edilib. Tarixçi və səyahət yazıçısı Saffet Emre Tonqucun sözlərinə görə, həmin dövrdə İstanbul indiki qədər sıx məskunlaşmış şəhər deyildi. Taxta cəmi 13 yaşında çıxan Sultan I Əhməd üçün möhtəşəm məscidin tikintisi təkcə dini məqsəd daşımırdı. Tarixçilərin fikrincə, gənc hökmdar bu layihə ilə öz nüfuzunu gücləndirmək və tarixdə silinməz iz qoymaq istəyirdi.

Qalmaqala səbəb olan ambisiya

Memar Sədəfkar Mehmet Ağa Osmanlı və Bizans memarlıq üslublarını birləşdirərək möhtəşəm bir tikili yaradıb. Lakin ən böyük mübahisə məscidin ənənəvi dörd deyil, altı minarəyə sahib olması ilə bağlı yaranıb. Həmin dövrdə altı minarəsi olan yeganə müqəddəs məscid Məkkədə yerləşən Məscidül-Həram idi. Bu səbəbdən müxtəlif şayiələr yayılmağa başlayıb.

Tarixçi Saffet Emre Tonqucun sözlərinə görə, insanlar Sultan I Əhmədin özünü Həzrət Məhəmmədlə eyni səviyyədə gördüyünü iddia edirdilər. Ən məşhur rəvayətlərdən birinə görə, yaranan narazılığı aradan qaldırmaq üçün Sultan I Əhməd Məkkədəki Məscidül-Həram üçün yeddinci minarənin tikintisini maliyyələşdirib.

Niyə "Göy məscid" adlanır?

Məscid məşhur adını daxili bəzəyindən alıb. İnteryerdə 20 mindən çox İznik keramik plitəsindən istifadə olunub və onların böyük hissəsi göy rəng çalarları ilə işlənib. İslam ənənəsində bu rəng səmanı və mənəviyyatı simvolizə edir.

Məscidin içinə işıq 260 pəncərə vasitəsilə daxil olur. Onların əksəriyyəti vitraj şüşələrdən hazırlanıb. Vaxtilə nəhəng çilçıraqlar yağ lampaları ilə işıqlandırılırdı. Maraqlı faktlardan biri də odur ki, çilçıraqların altında yerləşən şüşə qablarda bu gün də dəvəquşu yumurtaları saxlanılır. İnanclara görə, onların qoxusu hörümçəkləri uzaqlaşdırır.

İstanbulun rəmzi

Yaranma tarixindəki qalmaqallara baxmayaraq, Göy məscid bu gün də İstanbulun ən məşhur simvollarından biri sayılır. Məscid fəaliyyətini davam etdirir, burada hər gün beş vaxt namaz qılınır və Türkiyənin ən çox ziyarət olunan turizm məkanlarından biri hesab olunur. 2023-cü ildə Göy məscid altı il davam edən və son 400 ildən artıq müddətdə həyata keçirilən ən genişmiqyaslı bərpa işlərindən sonra yenidən ziyarətçilərin üzünə açılıb.

Bu gün altı minarəsi, 13 möhtəşəm günbəzi və dünyaca məşhur göy rəngli interyeri ilə Göy məscid həm ibadət məkanı, həm də İstanbulun ən qiymətli memarlıq incilərindən biri olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 İyul 2026 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri