İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
İstanbulun tarixi Qalata qülləsi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, bundan əlavə Xarı Bülbüldən ibarət animasiya da qüllənin üzərində əks olunub.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Noyabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















