Icma.az
close
up
RU
İstanbulun ürəyi Taksimdə döyünür

İstanbulun ürəyi Taksimdə döyünür

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin İstanbulu elə bir şəhərdir ki, hər küçəsində ayrı bir tarix, hər addımında fərqli bir mədəniyyət yaşayır. Bu şəhər sadəcə iki qitəni deyil, həm də keçmişlə bu günü birləşdirən nadir məkanlardandır. Onun ruhunu duymaq üçün isə xüsusi bir nöqtəyə getmək kifayətdir. O nöqtə İstanbulun ürəyi sayılır.

İstanbulda bir məkan var


İstanbulda bir məkan var ki, ora çatanda şəhərin nəbzini istər-istəməz hiss edirsən. Sanki minlərlə insanın addım səsləri, musiqi notları, küçə satıcılarının çağırışları və uzaqdan gələn tramvay zəngi bir melodiyaya çevrilir. Bu yer - Taksim meydanıdır.
İstanbulun Beyoğlu rayonunda yerləşən Taksim sadəcə bir meydan deyil. Tarixin izlərini özündə yaşadan şəhərin yaddaşıdır. Meydanın mərkəzində ucalan Cümhuriyyət Abidəsi Türkiyə Cümhuriyyətinin quruluş ruhunu, azadlıq və yenilənmə ideyasını daşıyır. Milli bayramlarda burada minlərlə insan toplaşır, amma ilin istənilən günündə Taksim dostların, sevgililərin, turistlərin ilk dayanacağı, görüş yeridir.
Burada dayanıb ətrafa göz gəzdirəndə İstanbulun daim hərəkətdə olduğunu bir daha anlayırsan. İnsan seli heç vaxt səngimir. Bir tərəfdə gənclərin şaqraq gülüş səsləri, digər tərəfdə küçə musiqiçisinin gitarasında şövqlə ifa etdiyi retro türk mahnısı qəribə hisslər yaradır. Turistlərin sayı həddindən çoxdur. Ehtiyatlı olmaq lazım gəlir ki, Nostalji Tramvayın hərəkətinə mane olmayasan. Hər addımda başqa bir həyat hekayəsi gizlənir.

İstiqlalın sehri

Taksimdən aşağı doğru uzanan İstiqlal caddəsi isə tamam başqa bir aləmdir. Küçə boyunca hərəkət edən Nostalji Tramvay sanki səni zamanın içindən keçirir. Qırmızı vaqonun zəngi çalınanda küçədə bir anlıq romantik bir film səhnəsi yaranır.
İstiqlal caddəsində addımladıqca, qədim binaların eyvanları, sənət qalereyaları, kitab mağazaları və kafelər insanı özünə çəkir. Burada bir fincan türk qəhvəsi içmək, küçə musiqiçilərini dinləmək, ya da sadəcə izdihamın içində itmək belə zövqdür.
İstiqlaldan bir qədər irəlidə isə artıq başqa bir küçənin nəfəsi duyulur - Qalata istiqamətinə aparan yol.

Atatürkün gecələdiyi hotel


Bir vaxtlar xristianların yaşadığı və Pera adlanan bu ərazi Taksimə çox yaxındır. Bu məkan tarix boyu müxtəlif millətlərin və mədəniyyətlərin qovuşduğu yer olub.
Taksim ətrafında yerləşən tarixi binalardan biri də "Vera Palace Hotel"dir. Vaxtilə Türkiyə Cümhuriyyətinin qurucusu  Mustafa Kemal Atatürkün burada gecələdiyi deyilir. Otel xüsusilə xaricilər, əsasən də ingilislər arasında sevilən məkanlardandır.  Bu fakt belə Taksimin nə qədər beynəlxalq və kosmopolit ruh daşıdığını göstərir.

Qalatanın cazibəsi
Taksim və Peradan sonra yol səni Qalataya aparır. Burada ucalan Qalata qülləsi müasir şəhər mənzərəsinin içində möhtəşəm görünür. Sanki əsrlərin dərinliyindən boylanaraq bu günə şahidlik edir. Qüllənin ətrafında dolaşdıqca dar küçələr, kiçik emalatxanalar və sənət məkanları insanı başqa bir zamana aparır.
Burada yerləşən Kamondo pilləkənləri isə memarlıq baxımından xüsusi diqqət çəkir. Dalğavari forması ilə seçilən bu pilləkənlər təkcə keçid yolu deyil, həm də şəhərin estetik simvollarından biridir.

Tarixin nəfəsi


Taksim ətrafında dolaşdıqca anlayırsan ki, İstanbulun tarixi yalnız muzey divarlarında deyil, küçələrin özündə yaşayır. Bir az aralıda ucalan Ayasofya əsrlərin sükutunu qoruyur. 360-cı ildə imperator Konstantios tərəfindən inşa edilən və sonralar yenidən tikilən bu möhtəşəm abidə Bizansdan Osmanlıya, oradan da müasir Türkiyəyə uzanan böyük bir tarix körpüsüdür.
İstanbulun hər daşında imperiyaların izi var. Amma Taksimdə bu tarix müasir həyatla qucaqlaşır. Keçmiş və bu gün burada yanaşı addımlayır. Çünki Taksim yalnız tamaşa olunacaq bir yer deyil - hiss ediləcək, hisslərin yaşandığı bir məkandır.
Burada şəhərin enerjisi səni içinə çəkir. Gün batanda meydanın işıqları yanır, küçələr daha da canlanır və İstanbul öz sehrini göstərməyə başlayır. Bir gün yolunuz İstanbula düşərsə, Taksim meydanına mütləq baş çəkin. Gözlərini yumub şəhərin səsinə qulaq versən, o səs sənə deyəcək - sən artıq iki qitənin qovuşduğu şəhərin ürəyindəsən.
Bəzi şəhərlər də insan kimidir, toxunduqca yaşadığını hiss edirsən. İstanbul isə o şəhərlərin ən duyğulu və güclü təəssürat yaradanlarındandır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri