Icma.az
close
up
RU
İstedadlı adamdır, amma işi arvad alıb boşamaqdır...

İstedadlı adamdır, amma işi arvad alıb boşamaqdır...

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Sözsüz ki, Elxan Yunus istedadlı aktyordur. Xarici görünüşü, səsi, jestləri ən yaxşı filmlərdə, seriallarda baş rolda çəkilməsinə imkan verir. Həm də zəhmətkeş adamdır, daim öz üzərində işləyir. Şöhrət xəstəliyinə tutulan bəzi həmkarlarından fərqli olaraq, heç vaxt başı gicəllənmir. Portuqalların 40 yaşlı Ronaldosu hər gün yaşıl meydanlara tələsdiyi kimi bizim 54 yaşlı Elxanımız da hər gün məşqə, səhnəyə tələsir...

Mən onu ilk dəfə "Vicdan haqqı" serialından tanımışam. O vaxt hələ müqəddəs torpaqları görmək nəsibim olmamışdı. O vaxt saçlarımdakı ağ tüklərin sayı indiki kimi qara tüklərin sayından çox deyildi. O vaxt Bakıda mal əti 17 deyil, 7 manat idi.

Başınızı çox ağrıtmayım, demək istədiyim odur ki, həmin dövrdən bəri çox sular axdığına görə "Vicdan haqqı" serialının süjet xətti tam yadımda deyil. Yadımda qalan odur ki, Əməkdar artistimizin həmin serialda iki arvadı, iki uşağı vardı. Evlənməli oğlu, ərə getməli qızı olsa da, gözünü qırpmadan arvadına xəyanət edirdi...

Sonra bizim yolumuz 'Yuxu kimi" serialında kəsişdi. Əməkdar artist Çingiz Əhmədovun özündən də istedadlı olan oğlu İbrahim Çingiz serialı tərk edəndən sonra Elxan Yunusun personası diqqət mərkəzinə düşdü. Yenə kəbinli arvadı ilə məşuqəsinin arasında qalmışdı. Yenə pəhləvan boyda oğlunun, bir evin çırağını yandırmalı yaşda olan qızının başını aşağı eləyirdi. Yenə alıb boşayırdı...

Dünən bilmişəm ki, Elxan Yunus indi də "Xəyanət" serialına çəkilir. Yenə serialdakı həyat yoldaşına - Əməkdar artist Kəmalə Müzəffərə xəyanət edir. Yenə dağ boyda oğlanlarını el içində xar edir.

Ay başınıza dönüm, adam nə qədər arvad alıb boşayar? A kişi, adam nə qədər uşaqlarının anasına xəyanət edər?

Qarabağda Xəlil adlı bir traktorçu olub. Hər axşam işdən evə gələndə televiziyada rəhmətlik Mirzə Babayevin “Kəpənək” mahnısını oxuduğunu görürmüş. Bir gün dözməyib Mərkəzi Komitəyə məktub yazır. Deyilənlərə görə, Xəlil kişinin məktubu bu sözlərlə bitirmiş: “Bir kənd zəhmətkeşi olaraq sizdən xahiş edirəm ki, bir kəpənək tutub Mirzə Babayevə verin. Onun da canı qurtarsın, bizim də”.

Bəlkə biz də səylərimizi birləşdirib Elxan müəllimə yaxşı bir arvad alaq, onun da canı qurtarsın, bizim də..

Hacı QULAM


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Noyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri