Icma.az
close
up
RU
İstedadlı gənclərimizin elmə təşviq edilməsi prosesinə məktəb yaşlarından başlanılmalıdır

İstedadlı gənclərimizin elmə təşviq edilməsi prosesinə məktəb yaşlarından başlanılmalıdır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan elminin gəncləşməsinə həqiqətən də ehtiyac var və bu mövzu zaman-zaman gündəmə gətirilib.

İlqar Orucov

“Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri kimi hər zaman Azərbaycan elminin gəncləşməsi naminə təşkilatımla birgə çalışmışam. Gənc alimlərin yetişməsi, onların fəaliyyətinə mane olan məsələrin həll olunması, ədalətli və gerçək elmi mühitin bərqərar olması, elmi tədqiqatlara gənclərin cəlb olunması, istedadlı gənclərin üzə çıxarılması və onların elmə təşviq edilməsi istiqamətində həmişə çalışmışıq. Azərbaycan elminin və bütövlükdə dövlətin hər tərəfli inkişafında gənclərə önəm verilməsi vacibdir.

Bir çox hallarda elmi mühitdə olan ədalətsizliklər və elmi mühiti zədələnməsi ilə mübarizə aparmışıq. Biz istedadlı gənclərimizi elmə təşviq etməliyik. Bu iş məktəb yaşlarından başlanmalıdır. Cənab prezidentin imzaladığı dövlət proqramında orta məktəblərdə kiçik akademiyaların yaradılması məsələsi var idi. Onun əsasnaməsini hazırlamışam və Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi bu işlərə məsğul idi. Əlbəttə ki, bu işlərə başlanıldı, amma daha çox görüntü xarakterli işlər oldu. Ümumilikdə, gənc tədqiqatçıların hərtərəfli fəaliyyətinə önəm verilməsilə bağlı ölkəmizdə ali səviyyədə siyasi iradə mövcuddur. Amma, digər yerlərdə biz gənclərə qarşı ədalətsizlikləri görürük. Yaşlı nəslin bu ədalətsizliklərin başında durduğunu görürük. Bu maneə aradan qaldırılmalıdır. Alim əxlaqının işlək olması mütləq lazımdır. Elmdə saxta və ədalətsiz himayəçilik aradan qaldırılmalıdır”-deyən İlqar Orucov qeyd edib ki, ali səviyyədə ölkə başçısı tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti unikal siyasətdir.

“Bu siyasətin tərkib hissəsində gənclərin elmə həvəsləndirilməsi, gənclər üçün imkanların artırılması dayanır və bu işin nə cür həyata keçirilməsi düşündürücüdür”-deyən ekspert əlavə edib ki, bu işləri zamanında effektiv həyata keçirə bilsəydik, bu gün Azərbaycan elmində qocalma tendensiyasını da görməzdik.

İlqar Orucov hesab edir ki, Elm və Təhsil naziri olaraq Emin Əmrullayevin, bütövlükdə dövlətin bu siyasəti təqdirə layiqdir və gənclik üçün elmin qapıları açılmalıdır, onların bu istiqamətdə motivasiyasının artırılması çox vacibdir. Təhsil eksperti vurğulayıb ki, bu proseslərin ədalətli şəkildə təmin edilməsi böyük önəm daşıyır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri