Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“İstedadlı ifaçının xüsusi dəstəyə ehtiyacı olmur” Vasif Nuriyev

“İstedadlı ifaçının xüsusi dəstəyə ehtiyacı olmur” Vasif Nuriyev

Icma.az bildirir, 525.az portalına istinadən.

Vasif Nuriyev 1988-ci ildə Şamaxının qədim və zəngin musiqi mühiti ilə seçilən Qaladərəsi kəndində anadan olub. Musiqiyə olan marağı uşaqlıq illərindən formalaşıb və ilk təhsilini Şamaxı Uşaq Musiqi Məktəbində alıb. Burada qazandığı ilkin bilik və bacarıqlar onun sənət yolunun əsas təməlini təşkil edib. 

Daha sonra təhsilini musiqi istiqaməti üzrə kollecdə davam etdirən Vasif Nağıyev ali təhsil pilləsində də sənət yolunu seçib. Bakalavr təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə təhsil almağa başlayıb.

2012-2019-cu illərdə isə Şamaxı Humanitar Kollecində muğamın tədrisi ilə məşğul olub. Muğam və Azərbaycan xalq musiqisinə xüsusi maraq göstərən ifaçı sənət fəaliyyətində milli musiqi ənənələrinin qorunmasına və inkişafına önəm verir. Gənc yaşlarından bu sənətə bağlılığı ilə seçilən Vasif Nağıyev öz üzərində daim çalışan və sənətini inkişaf etdirməyə çalışan ifaçılardandır.

- Vasif bəy, sənət fəaliyyətinizdə hansı yeniliklər var?

- Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə təhsil alıram. İxtisas müəllimlərim Xalq artistləri Səkinə İsmayılova və Teyyub Aslanovdur. Bir neçə mahnı üzərində işləyirəm, yaxın zamanlarda təqdimatı olacaq. Ümid edirəm ki, dinləyicilər tərəfindən bəyəniləcək.

- Daha çox hansı xanəndənin üslubundan bəhrələnmisiniz?

- Düşünürəm ki, peşəkar xanəndə olmaq üçün mütləq həm klassik, həm də müasir ifaçılarımızın hər birinin sənəti ilə yaxından tanış olmalısan. Mən də sevə-sevə xanəndələrimizi, dəyərli sənətkarlarımızı dinləyirəm. Ruhuma yaxın olan ustadlar var ki, onlardan bəhrələnirəm. Onların sırasında həm dünyasını dəyişmiş, həm də bu gün yaşayan korifey sənətkarlarımız var. Ümumilikdə isə Azərbaycan xalq musiqisinə xidmət edən ifaçıların hər birinin sənəti ilə yaxından tanış olmağa çalışmışam.

- Sizin ifanızda həm Segah, həm də Çahargah təsnifini sevə-sevə dinləmişəm. Siz özünüzə hansı təsnifi daha yaxın bilirsiniz?

- Təsniflər muğamın ruhundan qaynaqlanır. Belə təsəvvür edək ki, təsniflər muğam şöbələrinin ritmik variantıdır. Muğam sözünün mənası məqam, yer, zaman deməkdir. Günün elə bir anı olar ki, Rast muğamı daha xoş gələr, yaxud elə bir məqam olar ki, orada başqa muğam insanın ruhuna daha yaxın olar. Ona görə də təsniflərin hər biri mənə doğmadır. Amma Şur muğamını ruhuma daha yaxın hesab edirəm.

- Repertuarınızda bəstəkar mahnıları da var. Maraqlıdır, mahnı seçərkən daha çox sözlərə fikir verirsiniz, yoxsa musiqiyə?

- Musiqi sözün daha gözəl təqdimatı üçün bir vasitədir. Əsl mövzu sözdür. Mütləqdir ki, söz gözəl olsun. Musiqi də ifaçının ruhuna uyğun olanda ortaya xüsusi bir gözəllik çıxır. Mən əsas üstünlüyü sözə verirəm.

- Xalq artisti Gülyanaq xanım Məmmədova ilə duetiniz maraqlı alınmışdı...

- Mən bakalavr təhsilimi də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində almışam. Orada Gülyanaq xanımın sinfini bitirmişəm. “Sən də həmdəm, mən də həmdəm” mahnısını əvvəlcədən oxumuşdum, hazır idi. Sonradan ürəyimdən keçdi ki, Gülyanaq xanımın da ifası bu mahnıda olsun. Sənətkarımız da sağ olsun ki, bu mahnıya xüsusi rəng qatdı. Fikrimcə, ortaya dinləyicilərin ürəyincə olan bir iş çıxdı.

- Sizdən öncəki nəsildən, ustadlardan dəstək görmüsünüzmü?

- Düşünürəm ki, ciddi istedadı olan ifaçının xüsusi dəstəyə ehtiyacı olmur. Çünki muğam əyani bir sənətdir. Burada insan ancaq öz zəhməti və istedadı ilə mövqe qazanır. “Sənət tarixçəsi” deyilən bir anlayış var ki, onu hansısa dəstəklə zənginləşdirmək mümkün deyil. Buna baxmayaraq, düşünürəm ki, sənətkarlar özlərindən sonra gələn nəslə diqqət və dəstək göstərməlidirlər. Mən də o diqqəti ustad Alim Qasımovdan görmüşəm. Onun tövsiyəsi ilə bu sənətə gəlmişəm. Hər zaman ondan və digər bir neçə ustadımızdan ifa tərzimə xüsusi diqqət və qayğı görmüşəm.

- İstərdim sonda bir qədər də gələcək planlarınız haqda danışaq.

- Planlarım haqqında danışmağı çox sevmirəm. Amma arzularım var. Ən böyük arzum gözəl sənət nümunələri yaratmaqdır. Xalq musiqimizi çox sevirəm. Bizim musiqi sənətimiz o qədər zəngin, o qədər gözəldir ki... Dünyanı heyrətləndirəcək muğam kimi böyük bir sənətimiz var. Mən də bir ifaçı kimi bu sahəyə öz töhfəmi vermək istəyirəm.

Aytac Sahəd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri