Icma.az
close
up
RU
İstedadlı rejissor, cəsur döyüşçü

İstedadlı rejissor, cəsur döyüşçü

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu yaxınlarda Sumqayıt Bələdiyyəsinin əməkdaşı, yaxın dostum Səbuhi Allahverdiyev öz statusunda Vətən müharibəsi şəhidi olan qardaşı Elnurun şəkillərini və haqqında məlumat paylaşmışdı. Zəfər Günündə torpağa tapşırılan qəhrəman oğlumuzu oxuculara təqdim etməyi özümə mənəvi borc bildim.

2020-ci il sentyabrın 27-də Qarabağın işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsi noyabrın 8-də möhtəşəm qalibiyyətlə başa çatdı. Bu yolda xüsusi fədakarlıq göstərmiş cəsur döyüşçü Elnur Allahverdizadə isə təəssüf ki, o günün sevincini yaşaya bilmədi. Çünki noyabrın 7-də Ağdam-Xocavənd istiqamətində gedən döyüşlər zamanı Yuxarı Qiyaməddinli kəndində düşmən mərmisinə tuş gələrək şəhid olmuşdu.

Əslən Zəngilan rayonundan olan Elnur Əli oğlu Allahverdizadə 1995-ci il mayın 15-də Sumqayıtda dünyaya göz açıb. 2012-ci ildə şəhərdəki 41 nömrəli tam orta məktəbi, 2016-cı ildə isə Bakı Slavyan Universitetinin (BSU) tərcümə fakültəsini çex-Azərbaycan dili ixtisası üzrə bitirib. Tələbəlik illərində nümunəvi davranışı, elmə, təhsilə xüsusi maraq göstərməsi, universitetin ictimai-mədəni həyatında fəal iştirakı ilə seçilib. Elnur ordu sıralarında müddətli həqiqi hərbi xidmətdən sonra səs rejissoru kimi fəaliyyət göstərib. İstedadlı gənc “İlk media”, “Pismus production” ilə əməkdaşlıq edib. “Barama”, “Atılmışlar” serial-

larının, “Buğlama” komediya serialının “Son iclas” bədii-sənədli filminin, bir çox reklam çarxlarının səs rejissoru olub.

Vətən müharibəsi başlanandan 1 gün sonra o, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsindən müharibəyə yollanıb. Quru qoşunlarının tərkibində artilleriya qüvvələrimizin topçusu olaraq döyüşlərə qatılıb. Ağdam və Xocavəndin azadlığı uğrunda son nəfəsinədək vuruşub. Silahdaşları bildirirlər ki, Elnur topun arxasında olanda sərrast atıcı kimi hədəfdən heç zaman yayınmayıb. Daim cəsurluq nümunəsi göstərib. Bütün döyüş yoldaşlarına ürək-dirək verib, qələbəyə ruhlandırıb. İgid döyüşçü işğalçılar üzərində böyük qələbə qeyd olunan gün Sumqayıtdakı Şəhidlər xiyabanında ehtiramla dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elnur Allahverdizadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Vətən yolunda canını qurban verən şəhidin yaşadığı binanın divarında xatirə lövhəsi açılıb. İndi bu ünvan vətənsevər gənclərin ziyarət yeridir.

Sübhan QULİYEV,
“Sumqayıt” qəzetinin baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri