Icma.az
close
up
RU
İstehsal artır, amma qiymət düşmür: zeytun yağında paradoks

İstehsal artır, amma qiymət düşmür: zeytun yağında paradoks

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Zeytun yağı süfrələrimizdə mühüm rol oynayan və bir çox yeməyin hazırlanmasında istifadə edilən qiymətli bir qida məhsuludur. Xüsusilə sağlamlıq baxımından faydalı olması səbəbindən həkimlər və dietoloqlar bu yağdan daha geniş şəkildə istifadə etməyi məsləhət görürlər. Zeytun yağı digər yağlardan fərqli olaraq, toxumdan deyil, meyvənin özündən sıxılmaqla əldə edilir ki, bu da onun unikal xüsusiyyətlərindən biridir.

Milli.Az xəbər verir ki, qiyməti artan təkcə zeytun yağı yox, elə tursuşunun da qiyməti artıb. Mağazalarda zeytun turşusunun qiyməti 35 manata təklif olunur. Ölkəmizdə zeytun ixracı sahəsində addımlar atılmaqdadır. Bunun nəticəsində Azərbaycanda salınan zeytun bağlarının ümumi sahəsi 7000 hektardır. Bu ərazi getdikcə artmaqda davam edir. Abşeron yarımadası isə sözügedən məhsulu yetişdirmək üçün ən vacib bölgələrdən hesab olunur. Zeytun bağlarının 50 faizi Abşeronda yerləşir. O ki qaldı il ərzində Azərbaycanda yığılan zeytunun miqdarına bu 10 min tondan çox hesablanır. Yığılan məhsul təkcə daxili bazara deyil, xarici bazara da çıxarılır. 

Bəs zeytundan belə boluqsa əgər niyə qiymətlər belə bahadır? 

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Natiq Cəfərli açıqlama verib.

O bildirib ki, İtaliya, İspaniya, Yunanıstan kimi zeytun ixrac edən böyük ölkələr bazara hakim olduğu üçün azərbaycanlı istehsalçılar onların keyfiyyət standartlarına çatmaq və bazar payı qazanmaqda çətinlik çəkirlər.

"Eyni zamanda zeytun istehsalının artması üçün lazimi infrastruktur və texnologiya tam formalaşmayıb. Bu istehsalın daha da genişlənməsini çətinləşdirir. Yerli məhsul o qədər ucuz olmalıdır ki, əhalinin xarici məhsullara yönəlməsinin qarşısı alınsın. Dünyada bazarlar dolub, bizim satacağımız yerlər azdır. Xarici bazarlara zeytun çıxartmaq çox çətindir". 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bir litr zeytun yağının qiyməti 2019-cu ildə 12 manat 43 qəpik, 2020-ci ildə 12 manat 90 qəpik, 2021-ci ildə 13 manat 21 qəpik, 2022-də 14.14 qəpik, 2023-də 15.55 olub. Hazırda bu qiymət 17 manatdır. 

Xarici bazarlarla müqayisə etsək, Azərbaycanda 1 litr zeytun yağının qiyməti 10 dollardır.Bu da o deməkdir ki, Azərbaycandakı zeytun yağının qiyməti dünyada zeytunun vətəni olan ölkələrdəki qiymətdən 2 dəfə bahadır. 

Aysel Əkbər
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri