Icma.az
close
up
RU
İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi qaydaları pozulur AÇIQLAMA

İstehsalat müəssisələrində yanğın təhlükəsizliyi qaydaları pozulur AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər istehsalat müəssisələrində yanğın hadisələri tez-tez baş verir. Bu gün Sabunçu rayonu Zabrat–2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexində baş verən yanğın da buna misaldır. Yanğın nəticəsində bir dam altında tikilmiş 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksu 80kv.m. sahədə içərisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin mühərrik və salon hissəsi qismən yanıb. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 250kv.m. olan avtomobil təmiri sexinin bir boksunda baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən digər bokslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Avtomobil təmiri sexinin digər 2 boksu və “VAZ-2107” markalı minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, təyinatından asılı olmayaraq bütün obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır:
“İstehsalat müəssisələrində yanğın hadisələrinə vaxtaşırı rast gəlirik. Bunun əsas səbəbi yanğın təhlüksizliyi qaydalarının pozulmasıdır. Müəssisə rəhbəri, eləcə də işçilər tərəfindən bu qaydalara biganə yanaşılır. Bəzən bilərəkdən, bəzənsə bilməyərəkdən bu qaydalar kobudcasına pozulur. İstehsalat müəssisələrində, sexlərdə  kustar üsullarla hazırlanan qızdırıcı vasitələrdən istifadə etmək təhlükəlidir. Həmçinin izolyasiyası olmayan elektrik cihazlarına kənar müdaxilələr etmək, elektrik cihazlarına nəzarət etməmək yolverilməzdir. Elektrik təchizatının normadan artıq yüklənməsi də yanğına səbəb ola bilər. 
Ekspert onu da bildirib ki, obyektlərdə, iş yerlərində, mənzillərdə elektrik cihazlarını şəbəkəyə qoşulu vəziyyətdə qoyub məkanı tərk etmək olmaz:
“Əks halda, qızma, alışma, qısaqapanma baş verə bilər. Olduğumuz məkanı təhlükəsizlik tədbirlərinə uyğun olaraq yoxlayıb əmin olduqdan sonra tərk etməliyik. Təkcə öz evimizin deyil, iş yerimizin də təhlükəsizliyinə qarşı məsuliyyətli davranmalıyıq”.  
Törə Zeynallı
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri