Avrozonada istehsalçı qiymətləri artıb
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada istehsalçı qiymətləri oktyabrda aylıq 0,4 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın oktyabr ayı İstehsalçı Qiymətləri İndeksi (PPI) məlumatlarını açıqlayıb.
Məlumata görə, Aİ-də PPI oktyabr ayında əvvəlki aya nəzərən 0,4 faiz artıb, 2023-cü ilin eyni ayına nəzərən isə 3 faiz azalıb.
Avrozonada PPI oktyabr ayında aylıq müqayisədə 0,4 faiz artarkən, illik müqayisədə 3,2 faiz azalıb.
Aİ ölkələri arasında PPI oktyabrda aylıq ən çox Estoniya və İtaliyada (1 faiz) artıb, onları Fransada 0,9 faiz, İsveçdə 0,8 faizlik göstəricilər izləyib.
Ən sərfəli kredit üçün müraciət etOktyabr ayında Bolqarıstanda aylıq PPI 2,9 faiz, Slovakiyada 2 faiz və Rumıniyada 1,5 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:97
Bu xəbər 04 Dekabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















