İstək sayəsində rəqibin bütün üstünlüklərini neytrallaşdırmaq olar Elşad Əhmədov
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan millisi bu həftə Bakıda iki vacib sınağa çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiyanı, ayın 16-da isə Fransanı qəbul edəcək. Millinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb İslandiya ilə matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqib meydanında İslandiyaya 0:5 hesabı ilə uduzmuşuq. O məğlubiyyətin özü də uşaqlar üçün bir motivasiyadır. Məntiqlə, uşaqlarda həmin yenilgidən irəli gələn aqressiya yaranmalıdır. İnanıram ki, belə də olacaq. Baş məşqçi Ayxan Abbasovun futbolçuları bu qarşılaşmaya lazımınca hazırlayacağına əminəm. Təbii ki, rəqibin heyətində Avropanın sayılıb-seçilən liqalarında çıxış edən futbolçular cəmləşib. Fiziki planda üstün komandadır. İslandiya sürətli keçidlər etməyi bacaran rəqibdir. Amma istək sayəsində rəqibin bütün üstünlüklərini neytrallaşdırmaq olar. Ən azı 1 xal qazana biləcəyimizi düşünürəm. Evdə mübarizə aparacağıq. İnanmalı və sonadək oynamalıyıq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 12 Noyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















