Icma.az
close
up
RU
“İstəmərik ki, hansısa oyunçumuz futboldan kənar qalsın” Elvindən danışdı

“İstəmərik ki, hansısa oyunçumuz futboldan kənar qalsın” Elvindən danışdı

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Qarabağ bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyunundaydılar. İlk oyundan başa düşdüm ki, biz çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin gözləntisi bizdən çoxdur. Bu bizə əlavə motivasiya və məsuliyyət verdi. Futbolçularımı təbrik edirəm. Qələbə vacib idi. Buna baxmayaraq, narahatlığım var idi. Ümumi oyun planında təbii ki. Bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra temp qalxdı. Sonda da 3:0 qalib gəldik. Çox yaxşı müdafiə olunan komanda idilər, bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda məsuliyyətli olmalıyıq. Bu oyunun bir az gərgin keçməsi xeyrimizə olacaq. “Sabah”ı və “Zirə”ni təbrik edirəm. Çox yaxşı qalibiyyət oldu. Ümumi əmsallar da çoxalır. Bu da ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza da uğurlar arzulayıram”.

- Montielin kənarda qalması zədəyə görə idi?

- Xeyr, zədəyə görə deyildi. Oyunçuların hamısını iştirak ərizəsinə görə deyildi. Hansısa futbolçu kənarda qaldısa, ola bilər ki, gələn tur oynasın.

- Hansı mövqelər üçün aktiv çalışmalar gedir?

- Hazırda qapıçı mövqeyindən başqa digər mövqelər axtarırıq.

- Julio Romao və Yassin Benziyanın geridönüşü baş tuta bilər?

- Romao bildiyim qədərilə müqavilə bağlayıb. Benziya ilə bağlı fikir olmamışdı.

- Əli Bəşirovla bağlı planlarınız necədir? Qarşıdakı oyunda eksperiment aparmaq istəyirsiz?

- İlk oyunlarda o qədər diqqətli olmalıyıq ki... Bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq, bəzi rotasiyalar etməliyik. Cavab oyununda hansı rotasiyalar edəcəyik, buna cavab verə bilməyəcəm. Beş hazırlıq günümüz olacaq, futbolçuların hazırlıq durumuna baxacağıq. Əli Bəşirova gəldikdə, hazırlığın ilk günündən bizimlədir. Maksimum şərait yaradacağıq ki, kollektivin içində tam olsun. İmkan olduqca, oynamağa şərait yaradacağıq. Qabiliyyətli, istedadlı oyunçudur. İndidən bu atmosferə uyğunlaşdırmağa çalışacağıq. Oynamasa belə, kollektivin içində olması, məsuliyyəti hiss etməsi, tapşırıqları görməsi onun üçün təcrübə olacaq. Futbolçu kimi inkişafına böyük kömək etməsinə kömək olacağıq. Hər bir gənc üçün maksimum şərait yaradırıq.

- Zakaria Savonun performansı haqda fikriniz necədir?

- Hələ onun tam ideal forması deyil. Öz üzərində çox çalışmalıdır. Hansısa elementlərdə daha yaxşıdır, hansısa elementdə çatışmazlıq var. Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da olsaydı, pis olmazdı.

- Elvin Cəfərquliyevin geri qayıdışı başqa klublara transferininin baş tutmaması ilə əlaqədardır, yoxsa onu bağışlamısız?

- Başqa klublara transfer olsaydı, alınsaydı, yox deməyəcəkdik. Ümumi belə, qayıtdı. Çox da geniş məlumat verməyə ehtiyac yoxdur. Bəzi görüşlər oldu. İstəmərik ki, hansısa oyunçumuz-azərbaycanlı, ya xarici olsun, futboldan kənar qalsın. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik. Bəzi görüşlərimiz oldu.

- Mateus Silvanın da gedəcəyi xəbərləri var...

- Bizimlə olacaq. Maraqlananlar var idi. Bizimlə olacaq.

- Əli Bəşirova rəsmi təklif olarsa, gedişinə şərait yaradacaqsız?

- Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Onun gələcəyi üçün faydalı təklif olarsa, yaxşı komandadan gələrsə, klub kimi mane olmayacağıq. Bəlkə də burada qalmağı xeyirli olacaq. Hər bir hada gəncdir. Onun gələcəyi üçün ən yaxşısı nədirsə, onu edəcəyik.

- Siz komandanın rəhbərisiz. Mediada onun haqda çox yazılması problem yaratmazki gələcəyinə?

- Mən komandanın rəhbəri deyiləm, baş məşqçisiyəm (gülür). İnanmıram ki, onda belə fikir olsun. Fərqli özünəxas xasiyyəti var, yaşam tərzi var. Gələcəyi üçün problem olacağını düşünmürəm. Ailəsində onunla ciddi ünsiyyət qururlar, klubda da onunla hamı öz övladı kimi davranır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2026 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see492

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see321

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see256

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see221

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see221

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see215

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see188

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see177

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see177

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see177

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see173

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see172

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see170

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see165

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see161

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see160

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see160

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see157

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri