Sadıqov Elvindən danışdı: Qurbanov buna tab gətirə bilməyib
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elvin Cəfərquliyevin düşdüyü durum məyusedicidir. Dəqiq nə baş verdiyini bilmirəm. Bircə onu başa düşürəm ki, Qurban Qurbanov hansısa yerli futbolçuya qarşı belə sərt qərar verirsə, deməli, bunun nəsə əsasları var.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIX turunda “Turan Tovuz”la oyundan (1:1) sonra mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilməsinə münasibət bildirib.
Cəfərquliyevi ilk dəfə Ağdam klubuna dəvət edən və bugünkü karyerasında önəmli rolu olan Sadıqov hazırkı vəziyyətdən təəssüfləndiyini bildirib:
“Sosial şəbəkələrdə Elvinin həm mənimlə, həm də Qurban müəllimlə bağlı müsahibələrini görmüşəm. Deyir ki, baş məşqçi mənimlə sərt danışdı, mən də söz verdim ki, bir daha olmayacaq. Ehtimal edirəm ki, eyni hal təkrarlandığı üçün Qurbanov buna artıq tab gətirə bilməyib. Təbii ki, Elvin komandasının və millinin aparıcı üzvlərindəndir. Bu hal məni məyus etməyə bilməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:358
Bu xəbər 28 Aprel 2026 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















