Icma.az
close
up
RU
“İstər qadın olsun, istərsə də kişi, çalışmalıdır...” RƏY

“İstər qadın olsun, istərsə də kişi, çalışmalıdır...” RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Azərbaycanda ailə, qadın və uşaq problemləri, gender strategiyası ilə bağlı yaradılan qanunvericilik bazası, bu istiqamətdə dövlət tərəfindən qəbul edilən layihələr, xüsusi dövlət proqramları zamanla müsbət nəticələrini verib. Milli Məclisdə ailələrin sosial rifahı, yaşayışının təminatı istiqamətində qəbul edilən qanun layihələri, aparılan müzakirələrə ictimai baxış hər zaman önəm kəsb edib. Son olaraq həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsinin qanuniləşdiriləcəyi barədə təklif ictimaiyyətdə xeyli müzakirə yaradıb. Belə ki, Milli Məclisin deputatı  Mübariz Qurbanlı “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr edilmiş panel sessiyasında belə bir təkliflə çıxış edib.

Sosial şəbəkələrdə geniş səs-küy yaradan təklif barədə Pravda.az ictimaiyyət nümayəndələrinin də fikrini öyrənib. Psixoloq Gülnar Orucova deyib ki, bu cəmiyyətdə istər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, çalışmalıdır:

“Hətta pula ehtiyacı olmasa belə, dövlət üçün yararlı vətəndaş kimi fəaliyyət göstərməlidir. Birincisi, gəlin, görək, xanımların və ya bəylərin çalışmaları üçün bu gün yetərli iş yeri varmı? İkincisi, dövlət bağçalarında yer tapa bilirlərmi? Hələ əvvəl işlədiyim dövrlərdə dövlət bağçasına işləyən anaların uşaqlarını daha çox qəbul edirdilər. Evdar xanımların uşaqlarını o qədər də bağçaya qəbul etmirdilər. Təbii ki, indiki dövrdə artıq özəl sektora aid bağçalar da əlçatandır. Oxumaqda məqsəd nədir? Çalışmaq istəyi, özünə sərmayə qoymaq... Amma bu gün görürük ki, ali təhsilli, yaxud hansısa kolleci bitirən xanımlar işləmək istəmirlər, ya da öz arzuladıqları yerdə işləmirlər. Çalışmaq istəyən xanımlar çox əziyyət çəkirlər və əksər hallarda aldıqları məvacib yetərli deyil. Minimum əməkhaqqı 400 manatdır, ona görə də işləməməyi daha üstün tuturlar. Bəzən hətta imkanı olmaya-olmaya insan işləməyə bilir. Birincisi, iş tapa bilmir, ikincisi, tapdığı iş onu qane etmir. Mənim anam 51 yaşında 3 uşaqla təqaüdə çıxıb. İndi isə təqaüdə 63 yaşında çıxırlar. Buna görə də insanlar özəl sektorda işləməyə daha çox meyil edirlər, çünki iş saatı dövlətdən qismən az, maaş isə çox olur. Həyat yoldaşını işləməyə qoymayan kişi o demək deyil ki, varlıdır. O deməkdir ki, öz xərclərini hesablayır, görür ki, qadın işləyəndə daha çox ziyana düşə bilər. Əvvəllər bu qədər olmasa da, indi işləyən xanımların sayı daha çoxdur”.

Psixoloq Əfsanə Rüstəmova isə bildirib ki, kimsə öz maaşından həyat yoldaşına ehsan edir, yaxud onun gələcəyini sığortalamağa çalışırsa, bu, gender bərabərliyi deyil:

“Heç bir elm və ya elmi olmayan yanaşma qadın-kişi bərabərliyini sübut edə bilməzkən insanların bu barədə müzakirə aparması, belə bir ideologiya yaradıb, ona xidmət etməsi mənə ömrüm israfı kimi gəlir. Bir insan ya olur, ya da olmur. Olan özü üçün var ola biləcəyinin ən yaxşı versiyasını yaratmaqla məşğul olmalı, olmayan isə olmamağını qəbul etməməlidir. Baş edə bilməyəcəyimiz mövzuda fərqindəlik yaratmağın doğru olmadığını düşünürəm. Bu mövzu çaya bənzəyir. Nə qədər əlavələr etsən də, çay təbiət etibarilə axandır,  özündə heç nə saxlayan deyil. Biz sanki çayı gölə çevirməyə çalışırıq. Bu mümkündümü? Mümkündür. Amma o, artıq çay deyil. Qadın-kişi bərabərliyi də bu metafora kimidir”.

Sosioloq Elçin Bayramlı düşünür ki, deputatlar tez-tez qəribə açıqlamalarla çıxış edirlər:

“İnsanlar deputatları Milli Məclisə buna görə seçiblər ki, insanların sosial həyatlarını, yaşayış səviyyələrini yaxşılaşdırmaq üçün qanunlar qəbul etsinlər, təkliflər versinlər. Mübariz Qurbanlının təklifinin mexanizmi yoxdur, adekvat deyil, əksinə, ailənin daxili münasibətlərinə müdaxilədir. Hələ ölkədə işləmək istəyənlərin hamısını işlə təmin etsinlər, bundan sonra boş iş yerləri qalarsa, işləməyə adam tapılmazsa, onda belə təkliflərlə çıxış edərlər. Ailənin başçısı buna yaxşı baxmırsa, icazə vermirsə, təbii ki, qadın da razılaşır. Əks halda, bu, boşanmaya gətirib çıxara bilir. İnsanlar öz daxili münasibətlərini özləri ayırd edirlər. Qadın ərini polisə verəcək, şikayət edəcək ki, işləmək istəyirəm, ərim qoymur, onun maaşından tutub mənə verin? Bunu hansısa mexanizmlə təyin etmək mümkün deyil. Onda da boşanma baş verəcək. Kişinin maaşından kəsib qadına vermək olmaz. Qadınların dərdini çəkənlər yaxşı olar ki, onların pensiya yaşını azaltsınlar, “uşaqpulu” versinlər. İnsanların orta ömür müddəti xeyli azaldığına baxmayaraq, bu tərəfdən də 7-8 il pensiya yaşı artırılır. Bunun davasını etsinlər. Kişilərin pensiya yaşı 65-dir. Bu gün rəsmi statsitika göstərir ki, kişilərin 40%-dən çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir, pensiya ala bilmir. 30-40 il işləyib, yığdığı pensiyanı heç ailəsinə də vermirlər. Halbuki dünya ölkələrində belə deyil. Uşaqlar bu gün sağlam böyümürlər. Valideynlər uşaqları az maaşla saxlaya bilmirlər. Dünyada da belə təcrübə yoxdur. Guya hər yerdə iş doludur, kişilər qadınları işləməyə qoymurlar, iş yerləri boş qalıb. Ailələr özləri bilərlər. Elə kişi var ki, mühafizəkardır, yaxud qadınına qayğı göstərir, işləməsini, yollarda zülm çəkməsini, basabas avtobuslarda əziyyət çəkməsini istəmir.  Özü işləyir, ailəsini saxlayır. Bu, şəxsi həyatın toxunulmazlığıdır. Təklif cəmiyyətimizə xarakterik deyil, mənəvi, sosial, iqtisadi əsası da yoxdur”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Fevral 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see167

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri