Icma.az
close
up
RU
Məsud Pezeşkian yeni səfirə xeyir dua verdi: “Azərbaycanla əlaqələrdə müsbət sıçrayış var”

Məsud Pezeşkian yeni səfirə xeyir dua verdi: “Azərbaycanla əlaqələrdə müsbət sıçrayış var”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

İran prezidenti xarici ölkələrə səfir təyin olunan bir qrup şəxsi qəbul edib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, Çin, Kot D`Vuar, Meksika, Kuba və Uruqvayda səlahiyyətlərini həyata keçirəcək altılıq arasında Azərbaycandakı diplomatik nümayəndəliyə rəhbər təyin olunan Müctəba Dəmirçilu da olub.

Məsud Pezeşkian onlara xeyir-dua verib:

"Siz səfirlər İslam Respublikasının dünya ilə qarşılıqlı əlaqələrini genişləndirməkdə ön sıralardasınız. Çin və İran münasibətlərini və əməkdaşlığını genişləndirmək üçün çox yaxşı imkanlara malikdir və mənim bu ölkəyə son səfərimdən sonra Azərbaycan Respublikası ilə əlaqələr də müsbət sıçrayış göstərib".

Xatırladaq ki, Müctəba Dəmirçilu bundan əvvəl İran XİN-də Avrasiya Departamentinin rəhbəri və nazir müavini olub. 57 yaşlı Müctəba Dəmirçilu əslən İranın Qəzvin əyalətindən, Kələncin qəsəbəsindəndir. O, beynəlxalq hüquq üzrə magistr və strateji idarəetmə üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir. O, fars və ingilis dillərində beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş sovet respublikaları və idarəetmə mövzusunda bir sıra məqalələrin müəllifidir.

Bundan başqa, bəzi magistr və doktorluq dissertasiyalarının elmi rəhbəri və rəyçisidir. O, bir neçə beynəlxalq konfransın katibi, daxili və beynəlxalq konfranslarda xarici siyasət sahəsində məqalə və məruzələrlə çıxış edib, bir neçə tədris mərkəzlərinin elmi şurasının üzvüdür.

Əziz Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri