Icma.az
close
up
RU
“Çox istəyərdim ki, hər iclasda iştirak edim” Qurban Qurbanov

“Çox istəyərdim ki, hər iclasda iştirak edim” Qurban Qurbanov

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyununu tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

– “Neftçi” ilə çempionat oyununa qədər hazırlıq üçün 8 gün vaxtınız var. Bundan 5 gün sonra isə “Araz-Naxçıvan”la kubok matçı gəlir. Balansı qorumaq mümkün olacaq?

– Yanvardan bu yana qədər, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı oyunlar üçün 8 günün faydası olacaq. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.

– Kubok oyununu düşünərək “Neftçi” ilə matçda hansısa rotasiya edə bilərsiz?

– Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. O matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik. 

– Kevin Medinanın oynamaması nə ilə əlaqədardır?

– Mateus Silvanı oynatdım. Limiti də nəzərə almaq lazımdır. O mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərir. 

– Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə oradan kənarlaşdıra bilərlər. Sizcə, sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi İK-dən kənarlaşdırmazlar?

– Düzü, sayını bilmirdim. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq.

– Oyunçu dəyişikliklərindən sonra qol şanslarınız azaldı. Meydana daxil olan oyunçular hazır deyildilər?

– Əksinə, qol epizodlarına heç də az girmədik. İstər-istəməz oyuna sonradan qoşulmaq asan deyil. Soyuq havada futbolçu bir az da ağır olur. Böyük hesab da var idi. Oyunçularımız çox istəkli idilər, dinamikanı daha da artırdılar.

– Emmanuel Addaiyə ümidlər böyük idi. Onun performansından razısız?

– Xeyr, razı deyiləm.

– Demişdiz ki, “Səbail”in meydançasında oynamaq çox çətindir. Bu gün dinamik oyun oldu. Süni ot örtüyündə oynamağa artıq alışmısız?

– Süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə baxsaq, ən çox zədəlilər “Səbail”də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 4 oyun oynayırıq. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çox istəyərdim ki, təbii ot örtüyündə məşq edib, oynasınlar.

– Oyunboyu skamyadan çıxmadınız. Sanki küskün şəkildə oturmuşduz yerinizdə. Səbəb nə idi? 

– Öz yerimdə idim. Oyunlar olur ki, bəzən çox müdaxilə edirsən, bəzən sakit olursan. Heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. İşimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir.

– Növbəti mövsümdən Premyer Liqada klublara 3 yox, 2,5 milyon manat maliyyə vəsaiti ayrılacaq. Premyer Liqanın səviyyəsi aşağı düşməyəcək?

– Bəzi klublara təsir edəcək. Hansı ki, həmin klubların 500 minə də ehtiyacı var. Bu məbləğ bəzi klublar üçün oyunçu deməkdir. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 11 Aprel 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri