Icma.az
close
up
RU
“İstəyirəm ki, 30 il öncəki mahnılarımı gənclər də tanısın”

“İstəyirəm ki, 30 il öncəki mahnılarımı gənclər də tanısın”

Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İstəyirəm ki, 30 il öncəki mahnılarımı gənclər də tanısın”

“Konsert mənim üçün tamaşaçı ilə təmasdır, aldığım və ötürə bildiyim enerjidir. Özünüz də gözəl bilirsiniz ki, indi sosial şəbəkə yəni “Facebook”, “YouTube”, “Instagram”, “TikTok” dövrüdür. Misal üçün klip çəkdirib, sonra da adını çəkdiyim platformalarda yayımlamaq olar. Yəni bu görüşlər tamaşaçı ilə onsuz da var. Düşünürəm ki, sosial şəbəkələr ən yaxşı vasitədir. Amma canlı konsert və canlı toxunuşun mənim üçün özəl mənası var”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova konsert məşqindən əvvəl media nümayəndələri ilə görüşündə deyib.

Jurnalistlərin suallarını cavablandıran sənətçi 8 mart – “Beynəlxalq Qadınlar Günü”ndə Bakı Konqres Mərkəzində verəcəyi konserti ilə bağlı bu fikirləri səsləndirib:

“Necə ki mən, eləcə də tamaşaçı bu musiqili görüşü gözləsin. Çox istəyirəm ki, gənc nəsil mənim 20-30 il əvvəl ifa etdiyim mahnıları yeni aranjimanda tanısın. Səhnəyə çıxdığım dövrdə - yəni, 1988-ci ildə ilk konsertim olanda “Qubanın ağ alması”, “Getmə-getmə, gözəl yar”, “Aman ovçu” mahnılarını oxumuşam. Bu nəğmələri məndən 50 il əvvəl də oxuyan sənətkarlarımız var idi. Onlar bu mahnıları öz tərzlərində ifa etmişdilər – xalq tərzində. Mən isə həmin bu nəğmələri estrada üslubunda tamaşaçılara çatdırdım. İndi də oxuduğum mahnıları istəyirəm yeni aranjimanda təqdim edim. İstəyirəm ki, Cavanşir Quliyev, Faiq Sücəddinov, Eldar Mansurov, Nailə Mirməmmədli, Xanım İsmayılqızı kimi bəstəkarların bəstələdiyi və tərəfimdən oxunan həmin mahnıları gənc nəslin nümayəndələri də tanısın və bilsin”.

Xalq artisti bildirib ki, musiqili gecədə ilk dəfə olaraq “Avroviziya” təmsilçilərimizdən olan bəstəkar və müğənni Aiselin onun üçün yazdığı mahnını ifa edəcək: 

“Bu konsertimdə indi bəstələnən mahnıları oxumayacağam. Cəmi bir yeni nəğmə ifa edəcəyəm. Onu isə tamaşaçılar ümumiyyətlə eşitməyiblər. İlk dəfə bu konsertdə olacaq. O mahnını isə “Avroviziya” təmsilçilərimizdən olan Aisel (Aysel Məmmədova – red.) bəstələyib. Digər mahnılar isə tamaşaçı tərəfindən sevilən nəğmələrdir. Yəni “Best of Brilliant”... - adı üstündə”

B. Dadaşova illər əvvəl mərhum Xalq artisti Mirzə Babayevin də iştirak etdiyi Moskva konserti ilə bağlı xoş xatirələrini bölüşüb:

“Mərhum Xalq artisti Mirzə Babayev illər əvvəl Moskvanın “Ostankino” zalında verdiyim konsertə gəlib çıxmışdı. Hətta o vaxt o dedi ki, qızım gərək mənim də adımı yazardın afişaya. Cavab verdim ki, ağlıma gəlməzdi ki, afişa da başqa birinin adı ola bilər. Çünki yalnız öz adımla tamaşaçı ilə görüşə öyrəşmişəm. Həmin konsert çox gözəl keçmişdi. Hətta onu da səhnəyə çıxartmışdım və biz birgə duetimizi oxumuşduq”.

Brilliant bildirib ki, o zaman M.Babayevlə birgə ABŞ-yə konsert verməyə gedib:

“Sadəcə Moskvada deyil. Belə ki, Vaşinqtondakı konsertə Mirzə Babayevlə birgə getmişdik. O zaman mən mədəniyyət nazirini məcbur etmişdim ki, Mirzə Babayevi o konsertə salsın. Onlar söylədilər ki, Mirzə Babayev yaşlı insandır və bu səbəbdən Amerikaya gedib çıxa bilməz. Cavab olaraq söylədi ki, bu məsuliyyəti mən öz üzərimə götürürəm. Onun yanında özüm olacağam. Və bu minvalla biz Amerikaya getdik və orada konsert proqramı ilə çıxış etdik. Mirzə Babayev orada səhnəyə çıxanda tamaşaçılar tərəfindən gür alqış və coşqu ilə qarşılanmışdı. Əlbəttə ki, bunlar mənim gözəl xatirələrimdir”.

“Yenidən Moskvada konsert verməyi düşünürsünüz?” sualına müğənni belə cavab verib:

“Həmin konsertdən sonra mən Moskvada daha bir neçə dəfə konsert proqramı ilə çıxış etmişəm. Sonuncu konsertim “Crocus City Hall”da olub. Təbii ki, daha əvvəl ki, konsertlərim Mirzə Babayevlə olduğu üçün daha çox yaddaşıma həkk olunub”.

Konsertlə bağlı sürprizlərə Dadaşovanın cavabı belə olub.

“Konsertdə sürpriz qonağımın olacağını istəyirəm. Baxaq, görək nə olacaq... Nə qədər biletin satılması ilə bağlı məlumatım yoxdur, çünki bu kimi məsələlər sırf təşkilatçılara aiddir. Mən ancaq konsertdə oxuyacağam. Musiqiçiləri bir yerə toplamaq çox çətin və gəliz məsələdir. Peşakar musiqiçiləri tapmaq çətindir. Çünki birini tapırsan o birisi deyir ki, bu gün rayonda toydayam, digəri isə Moskvada tədbirdəyəm söyləyir. Bəli, mən onları bir yerə toplamağı bacarmışam indi də yalnız onlarla məşğulam”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://olay.az
archiveBu xəbər 03 Mart 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri