“İstəyirik ki, onların yaxşı bir lideri olsun”
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ İranın rəhbəri vəzifəsinə namizədlərinin müharibədən sağ çıxması üçün addımlar atır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.
“Biz (İrana - red.) gəlib hər şeyi təmizləmək istəyirik. Bizə 10 il ərzində hər şeyi bərpa edəcək birisi lazım deyil. İstəyirik ki, onların yaxşı bir lideri olsun. Bir neçə nəfər var ki, məncə, bu işin öhdəsindən yaxşı gələ bilərlər. Biz vəziyyəti izləyirik, onların sağ qalması və müharibədən salamat çıxması üçün addımlar atırıq”, - ABŞ lideri deyib.
Gələcəkdə İranı kimin idarə edəcəyi ilə bağlı sualı Tramp sarkazmla cavablandırıb: “Bilmirəm, amma nə vaxtsa mənə zəng edib kimi vəzifədə görmək istədiyimi soruşacaqlar”.
Dövlət başçısı İranın xarici işlər naziri Abbas Əraqçinin ölkəsinin ABŞ və qoşunlarının quru müdaxiləsinə hazır olmasına dair sözlərinə də reaksiya verib. O bunu “vaxt itkisi” adlandıraraq, ordu yeritmək barədə düşünmədiyini vurğulayıb.
“Bu, sadəcə vaxt itkisidir. Onlar hər şeyi itiriblər. İtirə biləcəkləri hər şeyi itiriblər”, - Tramp vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Mart 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















