İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?
Icma.az bildirir, Bizim media portalına istinadən.
Növbəti günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həftə sonunadək ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bununla belə, axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacağı gözlənilir.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
05 Noyabr 2024 10:09
Baxış sayı:98
Bu xəbər 14 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















