İsti havalarda ağız qoxusu niyə artır?
Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsti havalarda ağız gigiyenasına düzgün əməl edən insanlarda belə ağız qoxusu yarana bilər. Həkim Gérald Kierzekin sözlərinə görə, əsas səbəblərdən biri susuzlaşmadır.
Medicina.az xəbər verir ki, güclü istilik zamanı orqanizm daha çox tər ifraz edir və su itkisi artır. Kifayət qədər su qəbul edilmədikdə tüpürcək azalır, ağız quruyur. Bu isə bakteriyaların, xüsusilə dil və dişlər arasında daha sürətlə çoxalmasına və xoşagəlməz qoxuya səbəb olur.
Ağızdan nəfəs almaq, uzun müddət ac qalmaq, çoxlu qəhvə və spirtli içki qəbul etmək də problemi gücləndirə bilər.
Həkim isti havalarda susamağı gözləmədən müntəzəm su içməyi, şəkərsiz saqqız çeynəməyi və ağız gigiyenasına diqqət etməyi tövsiyə edir. Dişləri gündə ən azı iki dəfə fırçalamaqla yanaşı, dili də təmizləmək vacibdir.
Ağız qoxusu kifayət qədər su qəbuluna və düzgün gigiyenaya baxmayaraq davam edərsə, səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək məsləhətdir.
Xanım,
Medicina.az
Baxış sayı:98
Bu xəbər 17 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















